Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup fəal gənci islam dünyasının əziz bayramı Qurban bayramı ərəfəsində 1 saylı Körpələr evində olub.
Təşkilat tərəfindən təşkil olunmuş bayram sovqatı YAP Gənclər Birliyinin fəal üzvləri tərəfindən uşaqlara paylanıb.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Heydər Əliyev Fondunun və eləcə də onun Prezidenti və vitse-Prezidentinin ölkəmizdə və xaricdə həyata keçirdiyi humanitar layihələrdən , bu qürurverici və humanist fəaliyyətin cəmiyyətdə yaratmış olduğu geniş xeyriyyəçilik hərakatından danışaraq, hər kəsin bu nəcib hərakata qoşulmasını insani borc və çağırışadlandrıb.
O, Heydər Əliyev Fondunun xeyriyəçilik fəaliyyətinin cəmiyyətin hər üzvünə yönələn insani çağırış olmasını qeyd edərək, gənclərin bu istiqamətdəki fəaliyyətinin vacibliyini vurğulayıb.
Eyni zamanda bildirib ki, Heydər Əliyev irsinin təbliğində misilsiz rola malik bu Fond müasir gənclik üçün vətənini, xalqını və dövlətini necə sevməyin və necə xidmət etməyin canlı nümunəsdir.
Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatının sədri, Məlahət İbrahimqızı Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Körpələr evində Gənclər Birliyinin gələcəkdə də belə davamlı tədbirlərin keçiriləcəyini bildirib.