Modern.az

Əli İnsanovun bacısı oğlu və Rafael Allahverdiyevin müavini də azadlığa buraxıldı

Əli İnsanovun bacısı oğlu və Rafael Allahverdiyevin müavini də azadlığa buraxıldı

Ölkə

26 May 2011, 20:00

Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı nəticəsində bir neçə tanınmış məhbus da azadlığa buraxılıb. Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının keçmiş müavini Eldəniz Lahıcov azad edilib. E.Lahıcov 90-cı illərin sonunda BŞİH-in keçmiş başçısı Rafael Allahverdiyevin müavini olub. ABŞ səfirilyi üçün ayrılmış torpaq sahəsininin alqı-satqısı zamanı vətəndaşları aldatmaqda günahlandırılan Lahıcov məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmişdi.

R.Allahverdiyevin bütün cəhdlərinə baxmayaraq müavinin müdafiə edə bilmədi.

Eldəniz Lahıcov 1954-cü ildə anadan olub. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 5 sentyabr tarixli hökmü ilə məhkum edilib.

Əfv siyahısında Müşfiq Mədətovun adı var. Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovun adı siyasi məhbus siyahılarında yer alıb. 1967-ci ildə anadan olan Mədətov  Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilib.
Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M.Mədətov cəza çəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirmişdi.

Digər azad olunan şəxs isə keçmiş səhiyyə naziri Əli İnsanovun bacısı oğlu Anar Namazovdur. O, Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, həmçinin vəzifə saxtakarlığı maddələri ilə mühakimə olunub. 1974-cü ildə anadan olan Namazov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı