“Eynulla Fətullayevin azadlığa buraxılması prezidentin humanist addımıdır. Dövlət başçısının addımı müzakirə edilmir”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı dünən əfv sərəncamı ilə azadlığa çıxmış jurnalistlə bağlı beynəlxalq təşkilatların münasibətini Modern.az-a şərh edərkən deyib.
M.Qurbanlı bildirib ki, E.Fətullayevin azadlığa buraxılması məsələsində heç bir siyasi təzyiqdən söhbət gedə bilməz. “Bu addımın Avropanın təzyiqi altında atılması barədə deyilənləri təkzib edirəm. Heş bir siyasi təzyiqdən söhbət gedə bilməz. Prezident humanist addım ataraq jurnalisti azadlığa buraxıb”-deyə YAP rəsmisi qeyd edib.
M. Qurbanlının sözlərinə görə, Azərbaycanın heç bir Avropa dövləti ilə münasibətləri pis deyil.
Modern.az