“Bakı şəhərində cəmi 2000 taksiyə ehtiyac var. Qalanları yığışdırılmalıdır”. Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov “Yol hərəkəti haqqında” qanuna təkilf edlən dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
Deputat qeyd edib ki, Azərbaycan maşın sayına görə artıq MDB-də birinci yerə çıxıb. “Yeni binalar, çoxlu maşınlar ölkənin inkişafının və rifahının təcəssümüdür. Bizdə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi üçün maarifləndirici tədbirlərə ehtiyac var”-deyə S. Novruzov bildirib.
Bakıda yollarda tıxacların səbəbi kimi taksilərin həddən artıq olduğunu deyən deputat vurğulayıb ki, paytaxtda “Naxçıvan təcrübəsinin” tətbiqi yaxşı olardı.
“Naxçıvanda sürücülər siqaret çəkmir, müsiqiyə qulaq asmr, telefonla da danışımırlar”-deyə deputat paytaxat sürücüləri üçün belə təcrübənin tətbiqinə çağırıb.
Modern.az