Modern.az

Azerfon şəbəkəsində dəyişikliklər: 4G texnologiyası tətbiq olunacaq... ®

Azerfon şəbəkəsində dəyişikliklər: 4G texnologiyası tətbiq olunacaq...  ®

Ölkə

1 İyun 2011, 12:04

Şəbəkəsini müasirləşdirən mobil operator metro stansiyalarına genişlənir

Hazırki GSM və 3G şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirən və müasirləşdirən mobil operator Azerfon-un müştəriləri tezliklə mükəmməl rabitə xidmətlərindən faydalana biləcək. Nokia  Siemens Networks (NSN) şirkəti ilə imzalanan müqaviləyə əsasən Azerfon şəbəkənin genişləndirliməsi üçün  65 milyondan artıq  ABŞ dolları sərmayə qoyaraq Azərbaycanda yüksək keyfiyyətli şəbəkə keyfiyyətini təmin etmək üzrədir. NSN şirkəti bunun üçün artıq hazırlıq işlərinə başlamış və yeni şəbəkə artıq 2011-ci ilin sonuna tamamlanacaq. Müqaviləyə əsasən Nokia Siemens Networks Azerfon-un şəbəkəsini ən müasir avadanlıqlarla təchiz edəcək.

“2011-ci il Azerfon abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. 2011-ci ildə şəbəkə təkmilləşdirilməsi planımıza əsasən,  biz GSM və 3G stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırır, şəhərin bütün metro stansiyalarında tam şəbəkə əhatəsini təmin edir, və Azərbaycanın mobil internet sürətində növbəti sıçrayış olacaq LTE (4G)  şəbəkəsinin quraşdırılmasına başlamışıq” – deyə Azerfonun Baş İcraçı Müdiri cənab Yurgen Pitz bildirmişdir. “Biz şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 3G və 4G texnologiyası təchizatında dünya lideri ola Nokia Siemens Network (NSN) şirkətini icraçı qismində seçdik, və bu əməkdaşlıq nəticəsində 2011-ci ilin sonunadək  ölkə üzrə bizim 1600-dən artıq (GSM/3G/4G) stansiyalarımız tam fəaliyytdə olacaq. Beləliklə, ilin sonunadək Azerfon Azərbaycanda yüksək keyfiyyətli şəbəkə əhatəsi təmin etmiş olacaq. Həmçinin, bu il biz şəhərin metro stansiyaları və stansiyalar arası tunel xəttlərində də keyfiyyətli şəbəkə quracağıq . Məqsədimiz hər iki brendimizin, - Nar Mobile və Azerfon-Vodafone-nun, istifadəçilərini müasir şəbəkə, ən yaxşı xidmətlər və ən sərfəli qiymətlərlə təmin etməkdir“ – cənab Pitz qeyt etmişdir.

“Biz Azerfonun 2011 şəbəkə modernizasiyası və genişləndirilməsi planının icraçısı seçildiyimiz üçün çox şadıq. İmzaladığımız müqavilə GSM şəbəkəsinin modernizasiyası, yeni 3G stansiyalarının quraşdırılması və LTE (4G) şəkəsinin Nokia Siemens Networks avadanlıqları və həlləri əsasında qurulmasını nəzərdə tutur. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru şəbəkəsinin əsaslı yenilənməsi üçün NSN şirkətini seçmişdir, və beləliklə, 2011-ci ildə şirkətin abunəçiləri dünya standartlarına tam cavab verən mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər. Biz Azərbaycan abunəçiləri üçün ən qabqcıl rabitə xidmətlərini təqdim etməyə imkan verən müasir şəbəkəni Azerfon şirkətinə təqdim edəcəyimizə görə fəxr edirik”- deyə, NSN-nin MDB ölkələri üzrə Rəhbəri cənab Ernst Nassl bildirmişdir.

Azerfon MMC öz kommersiya fəaliyyətinə 27 Mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir. Azerfon Azərbaycan mobil rabitə bazarının ən dinamik və yenilikçi mobil rabitə operatorudur. Azerfon Azərbaycanda ilk dəfə olaraq Nar Mobile vasitəsilə bütün rabitə xitmətlərində manatla tarifikasıyanı təqdim etmiş, və 2009-cu ildə Azərbaycanın ilk 3G opartoru kimi 3G texnologiyası əsasında xidmət və məhsullar təqdim etmişdir. Vodafone ilə strateji  tərəfdaşlıq imzalamaqla, Azerfon sürətli genişzolaqlı mobil rabitə və ən yaxşı rominq xidmətlərilə tanınan ikinci Azerfon-Vodafone ticarət nişanının əsasını qoydu.

AZERFON şəbəkəsi Azərbaycan Respublikasının ərazisinin 80% əhatə edir. Bu günədək AZERFON şəbəkəsindən 1,7 milliona qədər abunəçi istifadə etmişdir. www.azerfon.az


Yurgen Pitz - Azerfon şirkətinin Baş direktoru

Ernst Nassl – «Nokia Siemens Networks»-un MDB bölmə rəhbəri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı