Modern.az

Yeni yaşayış binalarında qaz sayğacları kimin hesabına quraşdırılmalıdır?

Yeni yaşayış binalarında qaz sayğacları kimin hesabına quraşdırılmalıdır?

Ölkə

1 İyun 2011, 14:37

Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” qazpaylayıcı şəbəkəyə qoşulma, şəbəkədən ayrılma, qazın dəyərinin ödənilməsi, tərəflərin vəzifələri və digər məsələləri özündə əks etdirsə də, abunəçilər bəzi suallara cavab axtarırlar.

Qeyd edək ki. həmin qyadlarala qaz sayğaclarının quraşdırılması və istismarı, eləcə də qazın dəyərinin ödənilmə şərtləri müəyyən edilib.

Belə ki, standart olaraq bir saatlıq qaz sərfiyyatı 2-3 m3 təşkil edən abonentlərin mənzillərində qaz sayğacları “Azəriqaz” İB-nin hesabına quraşdırılır. Qaz sərfiyyatı saatda 6 m3-dən yuxarı olan abonentlərin mənzillərinə qaz sayğaclarının quraşdırılmasına isə fərdi qaydada baxılır.

Bəs yeni tikilən binalarda qaz sayğacları kimin hesabına quraşdırılır, “Azərqaz”ın, yoxsa mənzil sahibinin?
Modern.az-ın əməkdaşı suala cavab tapmaq üçün “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayıb.

Birliyin mətbuat xidmətindən bildirilib ki, yeni tikilən binalardakı mənzillərə qaz sayğaclarının quraşdırılmasını “Azəriqaz” deyil, Mənzil Tikinti Koorparativlərinin özləri təmin etməlidirlər. “Mənzil alan vətəndaşlarla bağlnamış müqavilədə bütün kommunal xidmətlər, o cümlədən qaz sayğaclarının quraşdırılması əks olunub. Bütün bunlar onların ödədikləri pulun tərkibinə daxildir”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı