Qızın babası olan kemiş prezident Voronin bunu təsdiq etsə də, atası bildirib ki, qaynata olmağa hazırlaşmır
Moldovanın sabiq prezidenti, Moldova Respublikası Kommunistlər Partiyasının lideri Vladimir Voroninin nəvəsi Yekaterina Voronina Azərbaycanın yüksək rütbəli məmuruna ərə gedir. Modern.az “Komsomolskaya Pravda” qəzetinə istinadən bildirir ki, bu xəbəri jurnalistlərə sabiq prezident Vladimir Voroninin özü təsdiqləyib. Sabiq prezident nəvəsinin ailə quracağı azərbaycanlı məmurun adını açıqlamayıb. O, toyun dəqiq tarixini deməsə də, yay aylarında cümə günü keçiriləcəyini bildirib. Bir sıra qeyri-rəsmi məlumatlara görə toy iyulda Bakıda olacaq.
Bir sıra xarici KİV-lər Vladimir Voroninin nəvəsinin MDB-də ən varlı varislərdən olduğunu yazırlar. Onun atası Oleq Voroninin əmlakının1 milyard dollar civarında olduğu bildirilir. Yekaterina Voronina Puşkin adına litseyi bitirib və bir neçə il əvvəl xaricə oxumağa yollanıb. Onun harada təhsil alması böyük sirr kimi saxlanılır.
Yekatrinanın atası Oleq bu məlumatı şərh etməkdən imtina edib. Voronin məlumatın əksinə olaraq bildirib ki, tezliklə qaynata olmağa hazırlaşmır.