Modern.az

Muğam müsabiqəsi başa çatdı: daha 1 ifaçı çıxdı, 6 nəfər böyük finala keçdi (SİYAHI)

Muğam müsabiqəsi başa çatdı: daha 1 ifaçı çıxdı, 6 nəfər böyük finala keçdi (SİYAHI)

2 İyun 2011, 23:34

AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi 2011”in 16-ci həftəsi də yekunlaşıb. Bununla həm də müsabiqə başa çatıb və 6 ifaçı böyük finala vəsiqə qazanıb.
Modern.az-ın məlumatına görə, fevralın 14-dən başlayaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən yarışma iyunun 2-də daha bir iştirakçının çıxması ilə yadda qalıb.

Müsabiqənin sonuncu turunda qaydalara uyğun olaraq 7 ifaçıdan ən az xal toplayan iştirakçı yarışmanı tərk edib. Bu, digər ifaçılardan cəmi 1 xal az – 69 xal toplayan Günay İmamverdiyeva olub.  
Beləliklə yarışmada qalan 6 nəfər ifaçı müsabiqənin böyük finalına çıxıb.

Modern.az saytı təşkilatçılara istinadən bildirir ki, “Muğam televiziya müsabiqəsi 2011”in böyük final mərhələsi iyunun 10-da Azərbaycan Akademik Milli Dram Teatrınnda keçiriləcək. Həmin gün qalib olmaq uğrunda aşağıdakı 6 ifaçı yarışacaq:

Səbinə Ərəbli;
Kamilə Nəbiyeva;
Nigar Şabanova;
Mirələm Mirələmov;
Məmməd Nəcəfov;
Ariz Hüseynov.

Xatırladaq ki, “Muğam televiziya müsabiqəsi 2011”də 20 iştirakçı çıxış edirdi.

“Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı