Modern.az

Məleykə Abbaszadə: "Ali məktəblərə sənəd verənlərin sayı azalıb" (STATİSTİKA)

Məleykə Abbaszadə: "Ali məktəblərə sənəd verənlərin sayı azalıb" (STATİSTİKA)

Ölkə

3 İyun 2011, 13:01

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 110 min 423 abituriyent ərizə verib. Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə 1,85 faiz ( 20085 nəfər az) azdır.  Bu il abituriyentlərin 99 min 190 nəfəri Azərbaycan, 11 min 233 nəfəri rus bölməsindəndir.
I ixtisas qrupuna 34  min 988, II ixtisas qrupuna 27 min 068, III ixtisas qrupuna 32 min 859, IV ixtisas qrupuna 15 min 508 nəfər sənəd verib.
Ümumilikdə abituriyentlərin 50,38 faizini oğlanlar, 49,62 faizini qızlar təşkil edir.

Sənəd verənlərin 57.17 faizi (63128 nəfər) orta ümumtəhsil məktəblərinin builki məzunlardır. Ötən il isə müvafiq göstərici sənəd verənlərin 55.63 faizini təşkil etmişdi.

İxtisas qrupu

Ərizələrin sayı -2010

Ərizələrin sayı -2011

Azərb.

Rus

Cəmi

Azərb.

Rus

Cəmi

I

32992

2777

35769

31707

3281

34988

II

24733

3340

28073

23874

3194

27068

III

30188

3129

33317

29521

3338

32859

IV

14173

1176

15349

14088

1420

15508

CƏMİ

102086

10422

112508

99190

11233

110423


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı