Modern.az

Uşaq bağçaları Təhsil Nazirliyindən alına bilər

Uşaq bağçaları Təhsil Nazirliyindən alına bilər

Ölkə

7 İyun 2011, 14:10

Modern.az saytının əldə etdiyi məlumata görə, məktəbəqədər təhsil müəssisələri – uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindən çıxarıla bilər. Məlumata görə, uşaq bağçalarının Təhsil Nazirliyindən alınıb Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyinə verilməsi istiqamətində hökumətdə müzakirələr aparılır.

Modern.az saytının əməkdaşı məlumatın doğru olub-olmadığını öyrənmək üçün aidiyyatı dövlət orqanları əlaqə saxlamağa çalışsa da, hər hansı bilgi əldə edə bilməyib.
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq şöbələrindən bunu inkar ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə məsələyə münasibət bildirməkdə çətinlik çəkdiklərini deyiblər.

Rəsmi məlumata görə, hazırda respublika üzrə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil muəssisəsi fəaliyyət göstərir. 103157 uşağı əhatə edən 1571 məktəbəqədər muəssisə Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 xüsusi uşaq bağçası, ümumi təyinatlı 12 muəssisədə 20 xüsusi qruplar fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil muəssisəsi də müvcuddur. Hazırda ölkədə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 20 üzəl məktəbəqədər təhsil muəssisəsi fəaliyyət güstərir. Bu muəssisələrdə 865 uşaq təlim-tərbiyə alır.

Ölkə üzrə məktəbəqədər yaşlı uşaqların sayı 728400 nəfərdir. Məktəbəqədər təhsil muəssisələrinə uşaqların cəlbi 15,9% (şəhər-23,4%, kənd-8,7%) təşkil edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı