Modern.az

Dövlət Komitəsi: “Bakıda bələdiyyə torpaqlarının sərhədləri məlum deyil”

Dövlət Komitəsi: “Bakıda bələdiyyə torpaqlarının sərhədləri məlum deyil”

Ölkə

7 İyun 2011, 17:33

Bu gün bələdiyyələrin üzləşdikləri problemlərdən biri də onlara məxsus ərazilərin hələ də dəqiq müəyyənləşdirilməməsidir. Bu məsələ xüsusilə Bakıda daha qabarıq şəkildə özünü göstərir. Hətta bir neçə dəfə bir bələdiyyə digərinə məxsus ərazini satıb və sonradan bununla bağlı ciddi insident yaşanıb.

Qeyd edək ki, ölkədə bələdiyyələrin ərazilərinin müəyyənləşdirilməsi ilə bağlı işə start verilib.

“Prezidentin 2011-ci il yanvarın 1-də imzaladığı sərəncama uyğun olaraq bələdiyyə torpaqlarının sərhədlərinin  müyyənləşməsi ilə bağlı işlər gedir”.

Bu sözləri Modern.az portalına açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ərazi vahidlərinin müəyyən edilməsi sektorunun müdiri İslam Ələkbərov deyib.

Onun sözlərinə görə, artıq ərazi dairələrinin, ərazi vahidlərinin 20 faizi hazırdır və indi bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşməsi üzərində iş gedir:
“Bu proses 2014-cü ilə kimi başa çatacaq və bələdiyyələrin xəritəsi hazırlanacaq. Daha sonra xəritələr Milli Məclisə göndəriləcək və onlar qeydiyyata alındıqdan sonra bələdiyyələrə mülikiyyət hüquqları ilə bağlı şəhadətnamələr veriləcək”.

İ.Ələkbərov faktiki olaraq bələdiyyələrin torpaqlarının sərhədlərinin məlum olmadığını deyib.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı