Modern.az

Hüsnü Mübarəkin Xırdalandakı abidəsi sökülüb

Hüsnü Mübarəkin Xırdalandakı abidəsi sökülüb

Ölkə

8 İyun 2011, 10:10

Ötən gecə saat 00:39 radələrində Misirin eks-prezidenti Hüsnü Mübarəkin Xırdalanda yerləşən heykəli götürülüb. 

Modern.az-ın məlumatına görə, 2007-ci ilin dekabrında Xırdalanda istifadəyə verilən parkda Hüsnü Mübarəkin abidəsi ilə yanaşı, həmçinin qədim Misir abidələrinin surətləri də ucaldılıb. Qeyd edək ki, bu layihə Abşeron rayonu və Misirin Qalyubiyyə quberniyası administrasiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Abşeronla Misirin Qəlyubiyyə əyaləti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Həmin sənədə görə, tərəflər arasında kənd təsərrüfatı, sənaye, irriqasiya, mədəniyyət, xeyriyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qeyd edilən istiqamətlərdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Dostluq əlaqəsinin simvolu kimi Xırdalan şəhərindəki küçələrin birinə Qəlyubiyyə adı da verilib.

Modern.az-ın məlumatına görə, 2008-ci ilin sentyabrında ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının 1-ci xanımı Syuzan Mübarək Abşeron rayonunda olub. Misirin birinci xanımı o zaman Misir - Azərbaycan Dostluğu Parkında gəzib, eləcə də Xırdalandakı Syuzan Mübarək adına 9 saylı ərəb təmayüllü orta təhsil məktəblə tanış olub.
Syuzan Mübarək adına 9 saylı ərəb təmayüllü orta məktəbdə 2 min şagird təhsil alır, 190-dan çox müəllim çalışır. Məktəbdə birinci siniflərdə ərəb dili tədris olunur.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı