Modern.az

Abşeron rayon İcra Hakimiyyəti: “Mübarəkin heykəli təhlükəsiz yerdə saxlanılır”

Abşeron rayon İcra Hakimiyyəti: “Mübarəkin heykəli təhlükəsiz yerdə saxlanılır”

Ölkə

8 İyun 2011, 13:07

“Xırdalan şəhərində Misirin devrilmiş lideri Hüsnü Mübarəkin abidəsinin götürülməsi artıq dövrün tələbi idi”. Bu sözləri Modern.az-a açıqlamasında Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Zakir Həsənov deyib. O həmçinin qeyd edib ki, parkdan götürülmüş heykəl təhlükəsiz yerdə saxlanılır. “Abidənin sonrakı taleyi isə hələki məlum deyil. Heykəlin yerində isə Misirin keçmiş adət-ənənələrinə uyğun abidə qoyulub”.

Qeyd edək ki, Hüsnü Mübarəkin abidəsi ötən gecə saat 00:39 radələrində götürülüb. Parkda yalnız devrilmiş liderin heykəli götürülüb və başqa heç nəyə toxunulmayıb.

Xatırladaq ki, 2007-ci ilin dekabrında Xırdalanda istifadəyə verilən parkda Hüsnü Mübarəkin abidəsi ilə yanaşı, həmçinin qədim Misir abidələrinin surətləri də ucaldılıb.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...