Modern.az

Azərbaycanlılar dünyada dondurma yeyən xalqlar sırasında neçəncidir?

Azərbaycanlılar dünyada dondurma yeyən xalqlar sırasında neçəncidir?

Ölkə

9 İyun 2011, 11:42

Dünyanın bütün ölkələri kimi, Azərbaycanda da dondurmalara tələbat əsasən yaz-yay mövsümündə artır. Doğrudur, bir çox ölkələrdə bu məhsuldan qışda da kütləvi şəkildə istifadə olunur. Azərbaycanda isə əsas yay dondurma mövsümü sayılır.

Azərbaycanda “dondurma” dövlət standartına sonuncu dəfə ötən ilin iyulunda dəyişiklik edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun  müvafiq əmri ilə 1 iyul 2010-cu ildə AZS 228-2006 “Dondurma” dövlət standartına dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, məhsulun saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar, eləcə də digər əlavələr və qatqılar tətbiq edilmədən istehsal olunan dondurmaların saxlama müddəti mənfi 18 dərəcə C-dən yüksək olmayan tempraturda aşağıdakı kimi müəyyənləşdirilir:

Südlü – 1 ay
Qaymaqlı – 1,5 ay
Plombir – 2 ay
Pirojnalar, tortlar və kekslər – 15 gün
Meyvəli-giləmeyvəli və aromatik – 1,5 ay

Bundan başqa dəyişikliyə əsasən, məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyalardan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilmiş konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18 ± 2) dərəcədən yüksək olmayan tempraturda ən çoxu 10 ay, həmin dondurmalardan hazırlanan tortlar, kekslər və pirojnalar mənfi (18 ± 2)0 C-dən yüksək olmayan tempraturda ən çoxu 6 ay saxlanıla bilər. 

Bəs hansı dondurmaları almaq olar?

Modern.az İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istinadən dondurmanın tərkibi və növləri, qablaşdırılması və markalanması, saхlanmasına aid tələbləri diqqətə çatdırır.

Növləri  

Dövlət Xidmətinin məlumatında bildirilir ki, dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, stabilləşdiricilər və s. maddələrdən istifadə olunur. Əsas dondurma növlərinə süd əsaslı (südlü, qaymaqlı, plombir), meyvə-giləmeyvə əsaslı (bir və ya bir neçə növ meyvə və giləmeyvədən, yaxud onların emal məhsullarından hazırlanan dondurma) və aromatik (şəkər şərbəti əsasında, ətirli qida essensiyaları və yağları əlavə edilməklə hazırlanan dondurma) dondurmalar aiddir.

Qablaşdırılma və markalanma

Dondurma daхildən qalaylanmış qapağı möhkəm örtülən metal qablarda qablaşdırılmalıdır. Qapağın altından perqament və yaхud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar isə daхilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırılır. Ədədlə satılan хırda çəkilib-bükülmüş dondurmalar vafli stəkanlarda, parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə, qapaqlı polistirol stəkanlarda və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraхılmalıdır. İstehlak tarasında qablaşdılılmış dondurmanın etiketində aşağıdakı məlumatlar olmalıdır: - istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı; - dondurmanın adı və tərkibi (qida əlavələri daxil olmaqla); - xalis kütləsi; - istehsal tarixi; - saxlanma şəraiti və müddəti; - məhsulun qida və enerji dəyəri barədə məlumat; - sertifikatlaşdırma haqqında məlumat və müvafiq standartın işarəsi.

Saхlanması

Dondurmanın topdansatış obyektlərində soyuducu kameralarda saxlanma müddəti mənfi 240C-dən yüksək olmayan tempetraturda ən çoxu 1 ay, mənfi 180C-dən yüksək olmayan temperaturda ən çoxu 20 sutka, mənfi 120C-dən yüksək olmayan temperaturda ən çoxu 5 sutkadır. Pərakəndə satış şəbəkəsində dondurmanın satış müddəti mənfi 240C-dən yüksək olmayan temperaturda 20 sutkadan, mənfi 180C-dən yüksək olmayan temperaturda 10 sutkadan, mənfi 120C-dən yüksək olmayan tempe-raturda 2 sutkadan artıq olmamalıdır. Dondurmanın topdansatış obyektlərin soyuducularında saxlanılması və ticarət şəbəkəsində satılmasının ümumi müddəti mənfi 240C-dən yüksək olmayan temperaturda 1 aydan, mənfi 180C-dən yüksək olmayan temperaturda 20 sutkadan, mənfi 120C-dən yüksək olmayan temperaturda 7 sutkadan artıq olmamalıdır. Dondurmanı ev şəraitində mənfi 180C-dən yüksək olmayan temperaturda alındığı gündən etibarən ən çoxu 5 sutka saxlamaq məsləhət görülür. Saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda məhsullarda mikrobioloji yoluxma ehtimalı artır. Bu cür məhsulların istehlakı insan orqanizmi üçün müxtəlif fəsadlara yol aça bilir.

Odur ki, dondurma alarkən saxlanma şəraitinə və formasına diqqət edin. İri buz kristalları əmələ gələn dondurmalar keyfiyyətsiz hesab olunur. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin.

Araşdırmalar göstərir ki, Azərbaycanın adı dünyada dondurma yeyən ölkələr sırasında ən axırıncı sıralarda dayanır. İl  ərzində Azərbaycanda bir nəfərə orta hesabla 1,4,-1,6 kiloqram dondurma düşür. ABŞ-da bu rəqəm 22 kiloqramdır, Rusiyada ABŞ-ın yarısı qədərdir, Türkiyədə 6-7 kiloqramdır. Maraqlısı odur ki, Azərbaycandan başqa dünyanın əksər ölkələri dondurmadan qışda da yayda olduğu kimi istifadə edirlər.

Azərbaycanda isə qışda dondurmadan boğaz ağrısına səsəb ola biləcəyi üçün istifadə etmirlər. Lakin mütəxəssislər bildirirlər ki, dondurma boğaz xəstəliklərinə xeyirdir. Bəzən dondurmaya sərinləşdirici vasitə kimi baxırlar, dondurma ilk növbədə qida məhsuludur. Bu gün Azərbaycana dünyanın bir çox ölkələrindən Türkiyədən, Sloveniyadan, Fransadan, Almaniyadan, Polşadan, Xorvatiyadan, Danimarkadan, Litvadan, Rusiyadan və  Ukraynadan  dondurma idxal olunur.

Yerli istehsalçılar isə bunun qarşısını almağa çalışırlar ki, öz məhsullarını sata bildinlər. Onların nümayəndələri bildirirlər ki, yerli məhsullar xaricdən gələn məhsullardan dəfələrlə keyfiyyətlidir.
   

Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı