Modern.az

Dövlət qulluğunda işləmək istəyənlər üçün yeni müsabiqə elan olundu

Dövlət qulluğunda işləmək istəyənlər üçün yeni müsabiqə elan olundu

Ölkə

13 İyun 2011, 16:02

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-cu il 14 iyun tarixindən 16 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 171 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə), ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) müsahibə (yerli icra hakimiyyəti orqanları üzrə) elan edib.

Komissiyadan Modern.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 136-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 26-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumin müsahibəyə çıxarılan 8 vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarındadır.

Yerli icra hakimiyyəti orqanları üzrə isə bir vakant vəzifə müsahibəyə çıxarılıb.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. Dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı                                                                                    - 15 test tapşırığı;

2. Qanunvericilik sahəsində                                                           - 40 test tapşırığı;

3. İnformasiya texnologiyaları sahəsində                         - 15 test tapşırığı;

4. Məntiqi düşünmə qabiliyyəti sahəsində                                    - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytından yerləşdirilib.
Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Bu musabiqə də bir sıra yeniliklərlə keçiriləcəkdir:

Birincisi, test imtanında namizədlərin Azərbaycan haqqında ümumi bilikləri ilə yanaşı Azərbaycan dili üzrə də bilikləri yoxlanılacaq.

İkincisi, inzibati vəzifələrin 8 və 9-cu təsnifatları üzrə keçid balı 70 bal qalsa da, 6 və 7-ci təsnifatları üzrə keçid balı 80 baldan 75 bala endirilib.

Üçüncüsü, əvvəlki müsabiqələr zamanı vətəndaşlar namizəd kimi qeydə alınmaları üçün Komissiyaya müraciət edərkən qanunvericilikdə nəzərdə tutulan sənədləri də təqdim etməliydilər. Bu müsabiqədən başlayaraq sənədləri yalnız test imtahanından uğurla keçən namizədlər təqdim edəcəklər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli ərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”n 5-ci bəndinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən müraciət formasında təhrif olunmuş məlumatlar verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə və müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqə, ümumi müsahibə müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 14 iyun 2011-ci il tarixli sayında və 14 iyun 2011-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az veriləcək.

Müsabiqə, ümumi müsahibəmüsahibəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları, apellyasiya və birinci instansiya məhkəmə orqanları və yerli icra hakimiyyəti orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.

Cədvəl 1. Müsabiqəyə vakant vəzifə təqdim edən dövlət orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Təhsil Nazirliyi

66

2.

Sənaye və Energetika Nazirliyi

33

3.

İqtisadi İnkişaf Nazirliyi

28

4.

Dövlət Statistika Komitəsi

4

5.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

4

6.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

1

 

Cədvəl 2. Müsabiqəyə vakant vəzifə təqdim edən məhkəmə orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Cəlilabad Hərbi Məhkəməsi

8

2.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi

5

3.

Cəlilabad Rayon Məhkəməsi

4

4.

Bərdə Rayon Məhkəməsi

2

5.

Goranboy Rayon Məhkəməsi

2

6.

Göyçay Rayon Məhkəməsi

2

7.

Ağdaş Rayon Məhkəməsi

1

8.

Qəbələ Rayon Məhkəməsi

1

9.

Lənkaran Rayon Məhkəməsi

1

 

Cədvəl 3. Ümumi müsahibəyə vakant vəzifə təqdim edən mərkəzi icra hakimiyyəti orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

İqtisadi İnkişaf Nazirliyi

4

2.

Təhsil Nazirliyi

4

 

Cədvəl 4. Ümumi müsahibəyə vakant vəzifə təqdim edən orqan.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

 

1.

Lerik Rayon İcra Hakimiyyəti

1

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı