Modern.az

Eqalogiya buduuu?

Eqalogiya buduuu?

Ölkə

15 İyun 2011, 17:47

Bazar gününün yuxusu şirin olur deyirlər, mən də elə. Güc-bəla ilə yuxudan oyatdılar, oyatdılar ki, gedib maqazindən çörək alım. Əl-üzümü yusam da hələ də yarıyuxulu idim. Qapıdan çıxdım. Evin tinini yenicə dönürdüm ki, başımın üstündən uçan naməlum kölgə bütün yuxumu qaçırdı. Ayılıb göyə baxanda gülməmək üçün özümü güclə saxladım. Demə bu uçan adi zibil “klok”u imiş. Kol-kosa, ağac budaqlarına ilişməkdən xilas olub, küləyin sayəsində quş kimi havada qanad çalır. İzlədiyim bu mənzərə məni düşünməyə vadar etdi ki, görəsən, niyə şəhərimizin sakinləri Bakımıza bu cür düşmən kəsiliblər?!
Özündən bir az aralıdakı zibil qutularını görməzdən gəlib, hər əlinə keçəni şəhər küçələrinə səpələyənləri görəndə lap əsəbləşirəm. Dərd orasıdır ki, ətraf mühiti çirkləndirn də bizik, çirklənmədən şikayətlənən də. Adını unutduğum dahilərdən biri deyib: “Hamı dünyanı dəyişdirmək barədə fikirləşir, ancaq, heç kəs özündən başlamır”. Hər birimiz özümüzə nəzarət etsək yaxşı olar. Məsəl var, dama-dama göl olar. 
Göl dedim yadıma düşdü. Dünyada sahəsinə görə ən böyük göl Xəzərdir. Başı bəlalı Xəzər də ekoloji problemlərdən heç kənar deyil. Əgər nə vaxtsa Xəzərin qoynunda səyyahətə çıxmaq istəsəniz, əhvalınız pozulmasın deyə çalışın aşağı-dənizə tərəf baxmayın, ya da ki, dəniz gəzintisini birdəfəlik unudun. Çünki, şairlərimizin əsrlərdir tərifləməkdən doyulmayan, hüsnünə şeirlər yazılan mavi gözlü Xəzər qara gözlü dənizə çevrilib. Daha dəqiq desək, Xəzər mazutdan linza taxıb. Bəxtəvər başımıza, ölkəmizə qonaq gələn əcnəbilər də deyir ki, Azərbaycan xalqı neft içində üzür. Xəzərin neft problemlərinin üzərinə tullantıları da əlavə etsək, yaranan ekoloji problemləri nəzərə alın. Odur ki, Xəzərdə balıqların sayı get-gedə azalmaqdadır. Buda başqa bir ekoloji problem. 
Nə isə. Çörəyi alıb, evə gəldim. İştahasız da olsam, səhər yeməyimi yeyib, öz otağıma keçdim. Yazı stolumun daimi cansız sakinini - Azərbaycan Respublikasının Konstitusiyasını əlimə alıb vərəqlədim. IV fəslin başlığındakı üç söz diqqətimi çəkdi: “Vətəndaşların əsas vəzifələri”. Deməli, 12 maddədən ibarət olan bu fəsil bizim dövlət qarşısındakı vəzifələrimizə həsr olunub. 78-ci maddə mövzumla bilavasitə əlaqəlidir-  “Ətraf mühtin qorunması, hər bir şəxsin borcudur”. Maraqlıdır, görəsən, biz bu borcu layiqincə yerinə yetiririkmi? Az öncə yaşananlardan belə qənaətə gəlmək olar ki, - Xeyr. 
“Bəxt üzüyü” filmində bir epizod yadıma düşdü. Maykanı ağ yuyub, qara sərən Söylü üzünü Moşuya tutub təəccüblə soruşur: “Ə, Moşu! Ə, eqalogiya buduuu?” Elə Söylü və Söylükimilər daha yaxşı anlasın deyə, görək, əslində ekologiya nədir və bu elm bizə nəyi tövsiyyə edir? 
1866-cı ildə “Orqanizmlərin ümumi morfologiyası” kitabında bu elmin nümunələrinə rast gəlinir. Hekkel nəzəriyyəsinə görə, ekologiya canlı orqanizmləri və onların ıtraf mühitı olan münasibətlərini müəyyən edən elmdir. Müasir dövrdə yaranmasına baxmayaraq, bu elm inkişaf edir. Odur ki, ekologiyanı gələcəyin elmi adlandırırlar. Elmin əsas məqsədi insan və onu əhatə edən mühitin qorunmasıdır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ekologiya bir elm kimi ölkəmizdə artıq tənnəzzül dövrünü yaşayır. 
 Ekoloqlar ekologiyanı tənzimləyən bir sıra hüquqi qanunlar- torpq, su, meşə məcəlləsi yaradıblar. Amma deyərdim ki, əbəs yerə. Çünki, vətəndaşların  böyük əksəriyyətinin bu tip qanunlardan heç xəbərləri də yoxdur. Yeri gəlmişkən, ölkəmizin ərazisinin cəmi 11%-i meşə ilə örtülüb. Bu heç də böyük göstərici deyil. 
Başqa bir ekoloji problem ağacların kütləvi qırılmasıdır. Maraqlıdır, görəsən, biz camaat kimdən və nəyin qisasını alırıq? Kağız istehsal edən, mebel sənayeçiləri, ocaq qalamaq istəyən hər birimiz üz tuturuq meşələrə. Sonra da deyirik ki, nəfəs ala bilmirik. Day demirik ki, öz nəfəsimizi kəsən elə özümüzük. İstəmirəm o yaşıllaşdırmanı ki, milyonlar töküb xaricdən ağac, ot, kol- kos gətirdilir, öz ölkəmizdəki ağaclara isə qiymət verən yoxdur. Hanı mənin Avropada birinci, dünyada ikinci yerdə olan Süsən meşəm? Zəngilanda, o da erməni tapdağında. Bəs Mingəçevir boyu yayılan Tuqay meşəsi...? 
Ən acınacaqlısı odur ki, şəhər sakinləri yay fəslini gözləyirlər ki, gedib dağ  rayonlarımızın birində istirahət edib, ciyər dolusu nəfəs alsınlar. Bunu burda da etmək olar. Zamanının uzaqgörəni şair Səməd Vurğun Bakının bu gününü sankı bir əsr əvvəldən görüb bu şeiri yazıb: “Bakının dərdi var, Bakı xəstədir”. Doğrudan da sayəmizdə Bakıya özü boyda dərd veririk. Gəzib- dolaşdığımız küçələr zibil tullantılar ilı dolu, nəfəs aldığımız hava tüstü- dumanlı, içdiyimiz su isə.., ya qismət.
 
P.S. Üzümü dahi Hekkelə tutub deyirəm: “Biz sənə bu elmi yaratdığın üçün rəhmət diləyirik. Sən də bizə uca Allahdan rəhmət dilə ki, özümüz  yaratdığımız ölüm hövzəsindən bizi xilas etsin. 

Dürrə Həsən

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı