Modern.az

Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarix AÇIQLANDI

Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarix AÇIQLANDI

Dünya

24 Avqust 2026, 18:12

Rusiya Dövlət Dumasının deputatı Ukraynadakı müharibənin başa çatması ilə bağlı konkret tarix açıqlayıb.

Modern.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev “xüsusi hərbi əməliyyat”ın 2030-cu ilədək başa çatdırılmalı olduğunu bildirib.

Onun sözlərinə görə, Moskva həmin tarixədək yalnız hərbi əməliyyatları dayandırmamalı, “mütləq qələbə” əldə etməlidir.

Sobolev iddia edib ki, əks halda Rusiya NATO ölkələrinin müharibəyə hazır vəziyyətə gətirilmiş koalisiyası ilə üz-üzə qala bilər.

Deputatın sözlərinə görə, Polşa, Almaniya, Fransa, Baltikyanı ölkələr və digər NATO üzvləri Rusiya ilə mümkün qarşıdurmaya ciddi şəkildə hazırlaşırlar. O, Qərbdə “Rusiya təhlükəsi” ilə bağlı aparılan kampaniyanın yalnız informasiya xarakteri daşımadığını, bunun arxasında real hərbi hazırlığın da dayandığını iddia edib. Sobolev hesab edir ki, bu səbəbdən Ukraynadakı müharibənin başa çatdırılmasının gecikdirilməsi Rusiyanın maraqlarına uyğun deyil.

Deputat həmçinin bildirib ki, Ukraynada qələbədən sonra Rusiya Silahlı Qüvvələrində genişmiqyaslı dəyişikliklər aparılmalıdır. Onun fikrincə, ordu istənilən istiqamətdən və istənilən şəraitdə mümkün təcavüzün qarşısını almağa hazır olmalıdır.

Sobolev bunun sadəcə ordunun qismən modernləşdirilməsi deyil, yeni təhlükələrə uyğun köklü hərbi transformasiya tələb etdiyini vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...