Sabirabad rayonununun Qragüney kəndində yol nəqliyyat qəzası baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Modern.az Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu göndərib.
TƏBİB-dən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində xəsarət alan 1 kişi və 1 qadın avqustun 24-də saat 08:40 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbədə davam etdirilir. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.