“Avropa Birliyi Azərbaycan və Ermənistan cəmiyyətləri arasında əlaqələrin yaradılmasına vasitəçilik etmək üçün hazırladığı proqrama artıq 2 milyon avro xərcləyib”.
Modern.az bildirir ki, bu sözləri Avropa Birliyinin xarici əlaqələr xidmətinin regional direktoru Miroslav Layçek qurumun Qarabağla bağlı dünən keçirilmiş iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Avropa İttifaqı münaqişə tərəflərinə güc tətbiq etməyin yolverilməzliyi və problemin yalnız sülh yolu ilə tənzimlənməsi barədə aydın siqnallar verməlidir.
O vurğulayıb ki, AB ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.