Modern.az

Sərdar Cəlaloğlu: “Bu təklif qəbuledilməzdir...”

Sərdar Cəlaloğlu: “Bu təklif qəbuledilməzdir...”

Ölkə

17 İyun 2011, 16:55

“Partiyaların parlamentdə təmsil olunan siyasi partiyalar əsasında dövlət tərəfindən maliyyələşdirilməsi təklifi qəbuledilməzdir”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu YAP-ın təkliflərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkədə indiyə qədər keçirilən seçkilərin nəticələri partiyalar tərəfindən birmənalı qiymətləndirilməyib.

“Digər tərəfdən Azərbaycanda keçirlilən seçkilər proporsional deyil, majoritar qaydada keçirilir. Parlamentdə təmsil olunan deputatlar partiya siyahısı ilə seçilməyiblər. Odur ki, bu təklif heç bir halda parlament təmsilçiliyi ilə götürülə bilməz”-deyə ADP sədri vurğulayıb.

S.Cəlaloğlunun sözlərinə görə, siyasi partiyaların maliyyələşməsi zamanı parlament təmsilçiliyinin əsas götürülməsi siyasi konyukturanın güclənməsinə aparıb çıxaracaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı