Modern.az

Həkimlərdən xəbərdarlıq: “Havanın hərarəti yüksəlib, günvurma riski artıb”

Həkimlərdən xəbərdarlıq: “Havanın hərarəti yüksəlib, günvurma riski artıb”

Ölkə

20 İyun 2011, 12:29

Son günlər istilərin hərarəti artmaqda. Temperatut göstəriciləri yüksəlməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentininin məlumatına görə, iyunun 21-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 25-30 dərəcə isti təşkil edəcək.  Azərbaycanın rayonlarında sabah gündüz 30-35 dərəcə isti olacaq.

Günəşin qızmar istisindən qorunmaq istəyənlər mümkün qədər kölgəlikdə olmağa çalışırlar. Amma kölgəliyə çəkilənlərlə yanaşı, günün altında qan-tər içində işləyənlər də çoxdur. Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır.

Tibbi mütəxəsisslər deyirlər ki, son 20 ildə Günəş şüasındakı radiasiyasının insanlara təsirində dəyşiklik baş verib. Həmçinin insanlarda immun sisteminin aktivliyi bir qədər aşağı düşüb, istinin təsirinə qarşı dözümlülük azalıb. Buna görə də istivurmalar və günvurmalar artıb.

İstivurma və günvurma xarici istilik amillərinin təsiri nəticəsində orqanizmdə yaranmış patoloji vəziyyətdir. Bu patoloji vəziyyət özünü bədən hərarətinin artması, mərkəzi sinir sistemi, qan dövranı, tənəffüs sisteminin və su-elektrolit balansının pozulması şəklində biruzə verir. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 370C-dən yüksək olduğu hallarda baş verir. İstivurma uzun müddət isti hava və ya infraqırmızı şüalanmanın təsirindən orqanizmdə baş verən patoloji haldır.

Mütəxəssislər deyirlər ki, istivurma isti sexlərdə, hamam, saunalarda və s. uzun müddət qaldıqda baş verir. Günvurma isə zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. İstivurma və günvurma zamanı patoloji proses həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qara ciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda istivurma (günvurma) xüsusilə ağır keçir.

Belə hallarda həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi-şişkinləşməsi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır.

Bəzi hallarda istivurma və günvurma daha ağır formada olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 420-430C-dən yüksək olarsa, ölüm baş verir.

Klinik olaraq istivurma (günvurma) üç dərəcədə olur:
- Yüngül;
- Orta ağır;
- Ağır.

Mütəxəssislər deyirlər ki, istivurma və günvurmadan qorunmaq üçün Günəş şüasının təsiri artdığı zamanlarda mümkün qədər kölgəyə çəkilmək lazımdır. İsti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. İsti havada qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir. Qida yüngül olmalıdır, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən,  yağlardan, ət məhsullarından imkan daxilində az istifadə edilməlidir. Qida rasionunda göyrəti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı