Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlərin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən keçirilməsi və fiziki hazırlığının yoxlanılması prosesi yekunlaşıb. Bu barədə Modern.az-a Akademiyanın kadrlar şöbəsindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd vermiş namizədlər arasından bütün sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin adlı siyahısı test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunub.
Namizədlərin fiziki hazırlığının yoxlanılması mayın 1-dən 10-dək, Xüsusi həkim ekspertiza komissiyasında yoxlanılması isə mayın 10-dan 20-dək keçirilib.
Lakin Akademiyadan sənəd verən abituriyentlərin ümumi sayı və yoxlamalardan keçərək yararlı hesab edilmiş namizədlərin sayını açıqlamaq istəməyiblər. Yalnız onu bildiriblər ki, bu il Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 200 nəfər qəbul planı ayrılıb.
Modern.az