Modern.az

Buraxılış imtahanlarının cavabları niyə açıqlanmır?

Buraxılış imtahanlarının cavabları niyə açıqlanmır?

Ölkə

21 İyun 2011, 14:51

Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları başa çatsa da, Təhsil Nazirliyi cavabları açıqlamağı ləngidir. Modern.az saytının məlumatına görə, 2-17 iyun aralığında respublikanın 60 şəhər və rayonunda mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilib. İmtahanların cavablarının hələ də açıqlanmaması məzunlarda xeyli narahatlıq yaradıb.
Hamı səbirsizliklə cavabların elan olunmasını gözləyir. Təhsil Nazirliyi cavabların iyunun 20-də elan ediləcəyini bildirmişdi. Lakin qeyd olunan tarix arxada qalıb.

Modern.az buraxılış imtahanları barədə mütəmadi məlumatlar dərc etdiyindən məzunlar məsələyə dair redaksiyamıza həddindən çox müraciət ünvanlayır, cavabların nə zaman bilinəcəyini soruşurlar.

Əməkdaşımız da məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidməti ilə bir daha əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, buraxılış imtahanlarının cavabları hələ hazır deyil və tezliklə açıqlanacaq.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva bir neçə gün öncə Modern.az-a bildirmişdi ki, buraxılış imtahanlarının nəticələri  21-23 tarixlərində məlum olacaq. O, orta məktəb məzunlarına attestatların iyunun 25-dən sonra veriləcəyini söyləmişdi.

Odur ki, redaksiyamıza hər gün müraciət ünvanlayan, telefon açan məzunlara bildiririk ki, bir neçə gün də səbr etsinlər... 

Sədaqət Süleymanova 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...