Modern.az

Dünya ölkələrinin və Azərbaycanın ordusu: məvacib, evlə təminat, güzəşt və imtiyazlar…

Dünya ölkələrinin və Azərbaycanın ordusu: məvacib, evlə təminat, güzəşt və imtiyazlar…

Ölkə

22 İyun 2011, 16:10


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə şərçivəsində dünyanın qabaqcıl ölkələrinin hərbi qanunlarında sosial rifah məsələləri və onların müsbət təcrübə kimi Azərbaycanda tətbiq edilməsinin mümkünlüyünü araşdırıb.

Araşdırmanı Modern.az saytına “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli təqdim edib.

Qurumun araşdırmaları göstərib ki, Azərbaycanın müdafiə xərclərinin kəskin artırılması hərbi qulluqçuların sosial təminatına o qədər də ciddi təsir göstərməyib. Belə ki, 2011-ci il üçün Azərbaycanın müdafiə xərclərinin 3 milyard dollardan artıq olmasına baxmayaraq, hərbi qulluqçuların məvacibləri çox aşağıdır, onların əksəriyyəti mənzilsizdirlər, xidmət dövründə onlara çox kiçik həcmdə mənzil kirəsi verilir, pensiya təminatı və ümumilikdə hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi də yetərincə deyil.

Məvacib məsələsi

Rusiya təcrübəsi. Bu ilin may ayının 24-də Rusiyanın maliyyə nazirliyi hərbçilərin pul təminatının yeni hesablanma sistemininin layihəsini açıqlayıb. Bu sistemə görə, 2012-ci ildən hərbi qulluqçuların məvacibləri kəskin şəkildə artırılacaq. Tağım komandirinin ayda 50 min rubl (təxminən 1500 AZN) alması gözlənilir. Vəzifə maaşının artırılması əvəzinə digər əlavələrə görə ödənişlərin azalması təklif edilir. Proses Maliyyə Nazirliyi, Dövlət Duması tərəfindən idarə olunur. Hərbçilərin məvaciblərinin yeni qaydada hesablanmasına nail olmaq üçün Maliyyə Nazirliyi güc strukturları və Dövlət Dumasındakı hərbi lobbi ilə uzun müddətli müzakirələr aparıb. Nəticədə yeni qanun – “Hərbi qulluqçuların pul təminatı və onlara ayrıca ödənişlərin təqdim olunması” qanunu ərsəyə gəlib və bu qanun “Hərbi qulluqçuların statusu haqqında” Federal qanunun maliyyə hissəsinə daxil ediləcək.

Silahlı Qüvvələrin və Daxili Qoşunların hərbi qulluqçularının və təqaüddə olanların sosial təminatının gücləndirilməsini nəzərdə tutan yeni qanun 2012-ci ilin yanvar ayının 1-dən işləyəcək. Digər güc strukturları üçünsə bu qanun daha bir il sonra işə düşəcək.

Hər bir rütbə və vəzifəyə görə məvaciblərin həcmi hələ dəqiq deyil, amma hökumətin qərarından sonra bəlli olacaq. Qanunda diqqət çəkən məsələlərdən biri illik indeksasiyanın aparılmasıdır. Məvaciblərin indeksiyası hökumətin qərarları ilə həyata keçiriləcək. Verilən məlumatlara görə, tağım komandiri vəzifəsində olan leytenant rütbəli hərbi qulluqçu ayda 40-87 min rubl məvacib alacaq. Müqaviləli kursant – 18 min, müqavilə əsasında xidmət keçən əsgərlər – 25 min, manqa komandiri olan çavuşlar – 35 min rubla yaxın, briqada komandiri olan polkovniklər isə 60 min - 94 min rubl arasında məvacib alacaqlar. General-mayorların məvacibləri 73 min rubldan, general-leytenantlar 90 min rubldan yuxarı, irdu generalı isə 112 min rubla yaxın məvacib alacaq.

Xidmət illərinə görə əlavə ödənişin miqdarının isə azalması gözlənilir. Hazırda bu ödəniş pul təminatının 5 faizindən (il yarımlıq xidmətə görə) 70 faizinədək (25 illik xidmət) əhatə edir. Maliyyə Nazirliyinin hazırladığı layihədə ən azı iki il xidmət keçənlər əlavə ödənişi əldə edə bilərlər. Onlar üçün bu 10 faiz olacaq, hər 5 il xidmətdən sonra daha 5 faiz artım olur, makisimal olaraq isə 25 il və daha yuxarı xidmət üçün əlavə ödəniş 40 faizdə məhdudlaşır.

Ustalıq və ya məharət kateqoriyasına görə ödəmələrin (üçüncü dərəcəlidə 5 faizdən ustalıq dərəcəsinə görə 30 faizə qədər) həcmində də azalma olacağı gözlənilir. Əvvəlki təklifə görə 10 və 50 fazi nəzərdə tutulurdu.

Bundan başqa bir sıra xidmət növlərinə görə əlavə ödəmələr nəzərdə tutulur. Misal üçün dövlət sirrini daşıyan vəzifələrdə xidmət edənlər üçün əsas məvacibin 65 faizi həcmində artım gözlənilir. Xüsusi xidmət keçmə şəraitinə və sağlamlıq üçün riskli olan xidmətə görə isə bu 100 faiz nəzərdə tutulur. Rusiya sərhədlərindən kənarda xidmətə və qeyri-münasib iqlim şəraitində xidmətə görə bu ödəmə 110-150 faiz artım nəzərdə tutulur.

Qanun layihəsi dünyasını dəyişmiş hərbi qulluqçunun ailəsinə birdəfəlik 3 milyon rublun verilməsini nəzərdə tutur. Xidmət zamanı ağır yaralananlara – çağırışçılara – 1 milyon, müqaviləli əsgərlərə isə - 2 milyon rubl verilməsi nəzərdə tutulur.

Rusiya Silahlı Qüvvələrində məvaciblərin mövcud durumu

Rütbə

min rubl, 2010-cu ilin məlumatına əsasən

Sıravi (müqaviləli)

8 - 11

Çavuş (müqaviləli)

11 - 13

Leytenant

12 - 13

Baş leytenant

13 - 14

Kapitan

14 - 15

Mayor

11 - 17

Polkovnik-leytenant

12 - 18

Polkovnik

14 - 21

General-mayor

25 - 30

General-leytenant

35 - 40

General-polkovnik

50 - 60

Ordu generalı

75 - 85

ABŞ təcrübəsi

Amerikada dünyanın ən səmərəli hərbi məvacib sistemlərindən biri mövcuddur. Bunun səbəbindən ölkədə ordunun prestiji yüksəkdir. Bunu saxlamaq üçün hər il qanunvericilk qaydasında bütün hərbi qulluqçuların məvacibləri ölkdəki inflyiasiyanın səviyyəsinə uyğun olaraq artırılır. Amma Amerika ordusunda hərbçilərin (xüsusilə əsgər və çavuşlar) real gəliri rəsmi rəqəmlərdən çoxdur. ABŞ ərazisində və onun hüdudlarından kənarda ordu üçün A qida təminatı tətbiq olunur. Buraya çörək, ət, tərəvəz və meyvələr daxildir. Əgər hərbçi evində yemək istəyirsə, o zaman o, aylıq məvacibinə ərzaq əlavəsi əldə edir. Bu zaman mövcud qiymətlər nəzərə alınır. Zabitlər ərzağa görə ayda 223, əsgərlər isə 324 dollar alırlar.

ABŞ hərbi qulluçularının pulsuz xidməti mənzillə təmin olunma hüququ var. Əgər həmin mənzil hərbçilərə aid deyilsə, onda kirayə üçün əlavə 800-1000 dollar vəsait əldə edə bilər. Kirə pulunun səviyyəsi ərazidəki mənzillərin dəyəri ilə əlaqəlidir. Zabitlərin rütbələri artıqca onlar üçün kirə götürülən mənzillərin sahəsi və otaqlarının sayı da artır. Hərbçilər üçün ipotekaya qoşulmaq imkanları böyükdür. Hərbçilərin imkanı var ki, opoteka ilə ev götürsünlər, sonra onu icarəyə verib ipoteka pulunu çıxarsınlar.

İndi kompensasiyalara nəzər yetirək. Əgər əsgər hərbi əməliyyatlarda iştirak edirsə o aşağıdakı kompensasiyaları alır:

Döyüş əməliyyatı zonasında olduğuna görə

ayda 225 dollar

Ön cəbhədə olduğuna görə

100 dollar

Ailəsindən ayrıldığına görə

250 dollar

əlavə xərclərə məcbur olduğuna görə gündə

4 dollar

Amma müharibə zamanı pulların xərclənməsi mümkün olmadıqda, hərbçilər onu xüsusi bank hesabına köçürürlər. Bu vəsaitlər adi pullardan 5 dəfə çox faizə minir və eyni zamanda əsgər və çavuşlar bütün vergilərdən azad edilirlər. Amerikalı hərbçilərə aşağıdakı əlavə ödəmələr edilir:

Dənizə çıxmalarına görə

280-700 dollar

Uçuşa görə

150-840 dollar

Sualtı qayıqlarda xidmətlərinə görə

ayda 75-425 dollar

Paraşütdən tullandıqlarına görə

ayda 150-250 dollar

Geyimə görə

543 – 1793 dollar

Sıravi və çavuşlara yol pulu

815-2654 dollar

ABŞ ərazisində qidalanma üçün gündəlik

82 dollar

Amerikalı hərbçilər övladlarına görə 160-276 dollar müavinət də alırlar. Eyni zamanda onlar bazar günləri xidmətlərinə görə də əlavə ödəmə ilə təmin olunurlar. ABŞ hərbçisinin həyatı bahalıdır və 500 min dollar dəyərində sığortalanıb. Bu baxımdan ölkədə mülki və hərbi sığortalama işində fərqlır var. Adi 25 yaşlı mülki amerikalı yarım milyon dollarlıq siğorta üçün ayda 140 dollar ödəyir. Amma o yaşda olan hərbçi 5 dəfə az ödəyir.

Amerikadakı istənilən hərbçi pulsuz dərmanlarla təmin olunma, tibbi müalicə, əməliyyat hüququna malikdir. Bütün xərclər, ən bahalı əməliyyatların xərcləri belə Pentaqon tərəfindən ödənilir. Məzuniyyət məsələsində hərbçilərə xeyli ödəmələr edilir. Orduda qiyabi təhsil təbliğ olunur. Tələbə adını qazanmış hərbçilərə noutbuk verilir və onlar üçün təhsil haqqına görə ildə 4,5 min dollar ayrılır. Pentaqonda hərbçilərə ümumilikdə 140 adda güzəşt və imtiyazların paketi təqdim olunur.

ABŞ Ordusunda məvaciblər (2010-cu ilin məlumatları əsasında, ABŞ dolları)

 

2 ildən az

2ildən 3 ilədək

4 ildən 6 ilədək

10 ildən 12 ilədək

20 ildən çox

40 ildən çox

Private (yeni xidmətə başlayan)

1 447,2

 

 

 

 

 

Private (sıravi)

1 622,1         

1 622,1         

1 622,1         

1 622,1         

1 622,1         

1 622,1

Private first class (baş əsgər)

1 705,8         

1 813,2         

1 923,0         

1 923,0         

1 923,0         

1 923,0

Corporal (kiçik çavuş)

1 889,7         

1 986,3         

2 199,9

2 293,8

2 293,8         

2 293,8

Sergeant (çavuş)

2 061,3         

2 199,3

2 414,4

2 906,7

2 924,7

2 924,7

Staff sergeant (baş çavuş)

2 249,7         

2 475,3

2 690,7

3 148,2

3 484,5

3 484,5

Sergeant first class (birinci dərəcəli çavuş)

2 601,0         

2 838,9

3 091,8

3 505,5         

4 131,3

4 674,6

Master sergeant (usta çavuş)            

-

-

-

3 907,2         

4 626,9

5 336,4

Sergeant major (çavuş-mayor) 

-

-

-

4 570,8         

5 361,6

7 096,5

Warrant officer 1 (1-ci dərəcəli əsas zabit)

2 683,5         

2 971,8

3 213,9

3 827,7

4 636,8

4 636,8

Chief warrant officer 2 (2-ci dərəcəli baş əsas zabit)

3 057,0

3 346,2

3 496,5

4 155,3

4 918,8

5 102,7

Chief warrant officer 3 (3-cü dərəcəli baş əsas zabit)

3 454,5         

3 598,5

3 794,7

4 571,1

5 606,7

6 060,0

Chief warrant officer 4 (4-cü dərəcəli baş əsas zabit)

3 783,0         

4 069,5

4 301,1

4 893,0

6 104,1

7 047,0

Chief warrant officer 5 (5-ci dərəcəli baş əsas zabit)

-

-

-

-

6 726,6         

8 802,6

Second lieutenant (kiçik leytenant)

2 745,6

2 857,5

3 454,2

3 454,2         

3 454,2

3 454,2

First lieutenant (birinci leytenant)

3 162,9         

3 602,4

4 289,1

4 377,3

4 377,3

4 377,3

Captain (kapitan)

3 660,6         

4 149,9

4 883,4

5 540,1

5 955,6         

5 955,6

Major (mayor)

4 163,7         

4 819,8

5 213,1

6 320,1

6 951,9

6 951,9

Lieutenant colonel (polkovnik-leytenant)

4 825,5         

5 436,0

5 883,3

6 567,6

7 959,0

8 198,4

Colonel (polkovnik)

5 788,5         

6 359,4

6 776,7

7 132,5

9 095,7

10 247,7

Brigadier general (briqada generalı)

7 809,9         

8 172,9

8 474,1

9 230,4

11 381,4         

11 668,2

Major general (genera-mayor)

9 399,0         

9 706,8

9 968,4

10 748,4

12 586,2

13 549,8

Lieutenant general (general-leytenant)

-

-

-

-

13 283,7

16 477,8

General

-

-

-

-

15 188,1         

18 675,3

Dünyanın bir sıra ölkələrində hərbçilərin aldığı məvaciblər (ABŞ dolları)

 

Çağırışçı əsgər

Müqaviləli əsgər

Gizir-çavuş

leytenant

kapitan

mayor

Polkovnik

general

Mülki işçilər

Müdafiə naziri

Ermənistan

3-5

200-230

250-285

400-470

550

600

650

800

100-155

2000

Belarus

4-5

200-230

250-300

280-380

450

400

500

650

100

1500

Gürcüstan

-

300

400

600

700

750

800

900

180

1800

Moldova

3

150

200

270

300

350

450

660

100

1500

Ukrayna

-

250

250

300

350

400

600

750

130

1400

Qazaxistan

24

250 - 400

350

470

550

670

700.

850

200

2000

Tacikistan

1,5

40

50

56

60

80

150

300

50

1000

Türkmənistan

3,5

100

200

250

350

450

650

800

120

3 000

Latviya

-

603

705

781

800

900

1000

1250

300

2500

Litva

-

300

590

660

880

1030

1100

1300

350

2600

Estoniya

-

730

980

1000

850

1300

2200

2560

300

2200

Macarıstan

-

800

900

1300

1400

1600

2730

3000

400

4000

Almaniya

-

1668 - 2839

2401 - 3559

2913 - 3999

3300

3800

6008 - 8413

9015 - 13 798

600

14000

Fransa

-

1400 - 1700

1700 - 2600

2300 - 2900

3400

3900

5000 - 5500

6000 – 8000

700

9000

İsrail

100 - 200

400

500

600

1000

1500

2000

11 000

600

11000

Böyük Britaniya

 

1625 - 1750

4000 - 5000

3500 - 3800

6000

6500

9500 - 10600

11700 - 12000

7000

13000

İsraildə tənha yaşayan əsgərlərə ikiqat məvacib verilir. Əgər onun valideynləri xaricdə yaşayırsa ildə bir dəfə ona 21 günlük məzuniyyət verilir ki, yaxınlarına baş çəksin. Bu səfər üçün biletin pulu ödənilir.

Latviyada hər bir zabitə kirayə ev üçün 180-200 ABŞ dolları kirayə pulu verilir

Qazaxıstanda zabitlərə hər ay kommunal xərclər üçün 25 dollar ödəniş verilir, illik isə 200 dollara qədər müalicə pulu verilir.

Macarıstanda müqaviləli əsgərlərə nəqliyyat, yemək, geyim və istirahət üçün əlavə ödənişlər verilir. Leytenantlara əlavə olaraq 130-200 dollar ödəmə verilir.

Almaniyada övladları olan hərbi qulluqçular hər ay müavinət alırlar. Bir övlada görə 125 dollar, iki övlada görə, 250, üç övlada görə 565, 4 övlada görə isə 880 dollar alırlar. Bundan sonrakı hər bir övlada görə 132 dollar alırlar. Bununla yanaşı hər əlavə xidmət saatı üçün vəzifəsindən asılı olaraq 0,88 sendən 3,75 dollara qədər əlavə ödəniş alırlar. HHQ heyəti ayda 611 dollar əlavə ödəniş ala bilərlər. Paraşütlə daimi tullanan heyət isə ayda əlavə olaraq 150 dollar alır. Xüsusi təyinatlılar və döyüşçü dənizçilər maaşlarından əlavə hər ay 1170 dollar alırlar. Sualtı gəmilərin heyəti ayda 105 dollar əlavə alır. Çətin ərazilərdə xidmət üçün hər gün 120 dollar ödəmə edilir. Bununla yanaşı budesverdə 60-a yaxın mülki ixtisas var və hərbi qulluqçular burada təlim və tədris keçirlər.

Hindistanda zabitlər üçün xüsusiləşdirilmiş mağazalar var ki, oradakı mallar zabitlərə 50 faiz ucuz satılır. Zabit rütbəsi alan hərbi qulluqçuya dərhal mənzil təqdim olunur. Sonralar zabitin bu evi özəlləşdirmək imkanı olur. Zabitin ailəsi böyüdükcə evin ölçüsü də böyüyür. Hər bir zabitin (bölük komandirindən başlayaraq) evdə qulluqçu saxlamaq hüququ var. Qulluqçu zabitin evində yaşayır və dövlət büdcəsindən maliyyələşdirilir. Hindistan zabiti dövlət tərəfindən qiyabi təhsil almaq imkanları ilə təmin olunub.

Azərbaycanda hərbi qulluqçuların məvacib məsələsində vəziyyət heç də ürək açan deyil. Bu gün Azərbaycan zabitləri 350 manatdan başlayaraq məvacib alırlar. Gizirlərdə və müddətdən artıq hərbi qulluqçularda isə bu göstərici daha aşağıdır. Gerçəklik budur ki, Azərbaycan leytenantının məvacibi ən azı 700-800 manatdan başlamalıdır. Yalnız bu məbləğlə onların sosial rifahları bir qədər yaxşılaşa bilər.

Layihə çərçivəsində “Doktrina” JHAM ekspertləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrində və digər hərbi birləşmələrində xidmət edən hərbi qulluçuların mövcud məvacibləri araşdırılıb və bu istiqamətdə təkliflər də irəli sürülüb:

s/s

Azərbaycan hərbi qulluqçusunun rütbəsi

Hərbi qulluqçuların mövcud məvacibləri

(orta hesabla, AZN)

Təklif edilən məvacib

 

Hərbçinin vəzifəsi

1 qat

2 qat

1 qat

2 qat

1

Əsgər-çavuş (MAXHQ)

Manqa komandiri

250

350

600

850

2

Gizir

Tağım kom. müavini

250

350

600

850

3

Leytenant

Tağım komandiri

300

450

800

1100

4

Baş leytenant

Tağım - Bölük komandiri

350

500

900

1300

5

Kapitan

Bölük komandiri

400

600

1000

1450

6

Mayor

Tabur komandiri

500

700

1200

1600

7

Polkovnik-leytenant

Briqada kom. müavini

700

900

1350

1800

8

Polkovnik

Briqada komandiri

900

1200

1450

2000

9

General-mayor

Korpus komandiri

1300

1750

1700

2200

10

General-leytenant

Müdafiə nazirinin müavini

1700

-

2000

-

11

General-polkovnik

Müdafiə naziri

2300

-

2700

-

Ailəli zabitlərin sosial təminatı üçün daha böyük vəsait tələb olunur. Ailəli və uşağı olan zabitlərin sosial təminatı daha ciddi diqqət mərkəzində olmalıdır. Ona mənzil kirayəsi üçün real ödəniş edilməli uşaqlarının və işləməyən həyat yoldaşına görə ciddi vəsait ödənilməlidir. NATO ölkələrinin təcrübəsində, xüsusilə ABŞ və Türkiyədən öyrənilməli xeyli məsələlər var ki onların Azərbaycan qanunvericiliyinin sosial tərəflərinə tətbiq olunması yaxşı olardı. Xüsusilə də bizə bir çox parametrlərinə görə uyğun gələn ölkə olan Türkiyədən öyrənilməli olduğumuz çox şeylər var: məvaciblərin yüksəkliyi, mənzillə tam təminat, ailələrin sosial təminatının prioritet olması, hərbi təqaüdçülərə xüsusi diqqət və s. Fikrimcə, bu məsələlərin hamısı gerçəkdən güclü ordu yaradılmasına xidmət edir.

“Doktrina” ekspertləri hesab edirlər ki, hərbi xidmət dövründə hərbi qulluqçuların sosial təminatı gerçəkdən dövlətin bir saylı vəzifəsi olmalıdır. Bu hərbi peşənin nüfuzunun artmasına, ümumilikdə ordunun döyüş qabiliyyətinin güclənməsinə səbəb olardı.

Pensiya məsələsi

Diqqətdə olan məsələlərdən biri də Azərbaycanın hərbi pensiya sistemində ciddi təkmilləşdirilmələrlə bağlıdır. "Doktrina" mərkəzinin gəldiyi nəticələrə görə, ümumi pensiya islahatlarının aparıldığı bir vaxtda hərbi pensiya sistemində heç bir dəyişikliyin olmaması və ya gecikdirilməsi fəsadlar yaradır. Eksperlər hesab edir ki, sosial ədalət prinsipinin bərqərar olunması baxımından hərbi sahədə pensiya islahatları zəruridir.

Hərbi qulluqçuların pensiya təminatı ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Buna zərurət çoxdan yaranıb. Çünki "Hərbi qulluqcularən pensiya təminatı haqqında" qanun sovet vaxtından qalma qanunun Azərbaycan dilinə tərcüməsidir. Orada əksini tapan bir çox məqamlar reallığa uyğun gəlmir.

Qeyd edək ki, hərbi pensiyaların çərçivəyə salınması dünyanın bir neçə ölkəsində, o cümlədən Yaponiyada mövcuddur. Bu ölkədə keçmiş hərbi qulluqçuların pensiya təminatı müdafiə xərclərinə aid edilmir və Yaponiya vətəndaşları üçün müəyyən edilmiş ümumi pensiya təminatı əsasında həyata keçirilir. Amma Yaponiyada yüksək vəzifəli və rütbəli hərbi qulluqçu tərxis olunan zaman ona 2 illik xidmət məvacibi birdəfəlik verilir və bu da 168.000 - 286.000 dollar arasında dəyişir. Bu ölkədə hərbi qulluqçuların sosial təminat məsələləri "Silahlı Qüvvələrin özünümüdafiə qoşunları haqqında" qanunda əksini tapıb.

Britaniyada pensiyanın miqdarı hərbi rütbələrdən, xidmət müddətindən və sağlıq durumundan asılıdır. Britaniyada və ümumilikdə NATO ölkələrində hərbi pensiyaların məbləği çavuşdan generala qədər 600-5000 dollar arasında dəyişir. Hər il bu məbləğin 3-4 faiz indeksasiyası baş verir. Britaniyada pensiyaya çıxan hərbi qulluqçuya 3 illik pensiya həcmində birdəfəlik pul verilir. Məsələn, polkovnik pensiyaya çıxarkən 40.000 funt-sterlinq alır. Pensiyaların miqdarına müntəzəm olaraq parlament tərəfindən baxılır və hərbi qulluqçuların maaşlarının artırılmasına və qiymət artımına, inflyasiyaya uyğun olaraq tənzimlənir. Bundan başqa, tərxis olunan şəxs bir neçə ilin pensiyasını əvvəlcədən ala bilər.

Rusiya Federasiyasında yeni qanunvericilikdə hərbi pensiyaların hesablanması bölümü isə əsaslı şəkildə işlənilib. 2011-ci ilin əvvəlində dərc olunmuş ilkin varianta görə, 2013-cü ilin 1 yanvarından pensiyaların pul təminatının 30 faizi həcmində təyin olunması və onun hər il 3,5 faiz artırılması təklif edilirdi. Hazırda pensiyalar pul təminatının 54 faizini təşkil edir. Bu təklif nəzərə alınsa, onda təqaüdçü pensiyaya çıxandan 20 il sonra 100 faizlik pensiya ala bilər. Bununla yanaşı yeni qanuna görə, hərbi pensiyalara baxılması hökumətin ayrıca qərarı ilə nizamlanır. Məlumatlara görə, 2012-ci ildə Rusiyada hərbi pensiyaların həcmi 13-15 min rubl olacaq.

Rusiyada hərbi təqaüdün ölçüləri (2009-cu ilin məlumatlarına əsasən)

Rütbə

Təqaüdün məbləği (rublla)

 

 

minimal

maksimal

Sıravi

2800

5200

Çavuş

3200

6000

Gizir

3500

6600

Baş gizir

3800

7100

Kapitan

4800

8000

Mayor

5100

9500

Polkovnik-leytenant

5400

10 100

Polkovnik

6000

11 100

General-mayor

8500

13 300

General-leytenant

15 200

Məlumat yoxdu

General-polkovnik

17 600

Məlumat yoxdu

Ordu generalı

19 000

Məlumat yoxdu

Amerikada isə hərbi büdcədən qənaətlə istifadə edilməsi üçün bir sıra addımlar atmağa məcbur olublar. 1986-cı ilin 1 avqustuna qədər mövcud olan sxemə görə, hərbi xidmətə daxil olan hərbi qulluqçular üçün qaydalara əsasən, pensiya məbləği hərbi xidmətdən tərxis olunma anında hərbi rütbə üzrə pul məbləğinin faizinə görə müəyyən edilirdi. Bu qanuna görə, 20 təqvim ili xidmət etmiş hərbi qulluqçu hərbi rütbəsi üzrə pul təminatının 50 faiz, 30 il xidmət etmiş qulluqçu isə 75 faizi həcmində pensiya alır. Lakin 1986-cı ildə qüvvəyə minən hərbi pensiyalar sisteminin islahatı haqqında qanun (Military Retirement Reform Act, P.L.99-348) hərbi pensiyaların xidmət illərindən asılılığına dair hesablama metodikasına ciddi dəyişiklikləri nəzərdə tutdu. Büdcə vəsaitlərinə qənaət, orduda daha hazırlıqlı mütəxəssislərin saxlanılması və tərxis olunmaq istəyənlərin çoxalmasının qarşısını almaq üçün konkret addımlar atıldı. Belə ki, hərbi pensiya minimum faiz endirildi və 40 faiz təşkil etdi. Yüksək həddə toxunulmadı. Əvvəllər 50 faiz pensiya üçün 20 təqvim ili xidmət etmək lazım idisə, sonradan bu, 23 ilə qaldırıldı.

Amerikada hərbi pensiyaların səviyyəsi (dollar)

kateqoriya

20 il

30 il

40 il

Sıravilər

664 -1052

1049 -1663

1399 -2218

çavuşlar

1336 -2323

2121 -4668

2828 -6863

Uorent – zabitlər

1999 -2668

3363 -5791

4484 -8513

Zabitlər

1585 -5488

2588 -2505

3340 -18 061

Amerika qanunveririliyinə görə, ABŞ ordusunda dinc dövrdə 20 il xidmət etmiş və ya heç olmasa bir gün döyüşmüş hırbi qulluqçu veteran hesab olunur. Veteranlar güzəşt və imtiyazlara malikdirlər. Onlar ehtiyata burazılarkən ABŞ-ın istənilən şəhərinə ailə üzvləri ilə pulsuz getmək imkanına malikdirlər. Onların pulları ödənilir. Təqaüdçünün pulsuz tibbi müalicə almaq hüququ var. Ehtiyata buraxıldıqdan sonra 24 ay müddətində təqaüdçülər pensiyadan əlavə işsizliyə görə müavinət də ala bilərlər. İl yarım ərzində onlar dövlət evlərində ailələri ilə birgə pulsuz yaşamaq hüququna malikdirlər. Eyni zamanda onlar ömürlük olaraq hərbi ticarət mağazalarından ucuz qiymətə mal almaq, avtomobillərini hərbi benzin stansiyalarında doldurmaq hüquqularına malikdirlər. 

Azərbaycan Silahlı Qüvvələrindən pensiyaya çıxan hərbi qulluqçulara isə onun aylıq məvacibinin 3-5 qatı qədər birdəfəlik pul mükafatı verilir və pensiyanın artımı prezidentin sərəncamı ilə tənzimlənir. Diqqətdə saxladığımız məsələlərdən biri də budur. İstəyirik ki, Azərbaycanda da hərbi qulluqçuların məvacibləri və eləcə də hərbi pensiyalar indeksasiya üzrə və eyni zamanda parlament tərəfindən verilmiş qərarla artırılsın. Bu daha səmərəli olar və ordu üzərində mülki nəzarət fəlsəfəsinə uyğundur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!