Bu gün səhər saat 10.00 radələrində Heydər Əliyev prospektindəki "Bağırov körpüsü" adlanan yolötürücü avtomobil tunelində yol qəzası baş verib. Modern.az-ın məlumatına görə, 1a nömrəli sərnişin avtobusunun QAZel markalı maşınla toqquşması nəticəsində zəncirvari qəza olub. Nəticədə həmin maşınlardan başqa daha 3 minik avtomobili əzilib.
Hadisə nəticəsində sərnişin avtobusunun sürücüsü ciddi, sərnişinlərdən isə bir neçə nəfər yüngül xəsarət alıb.
Qəza nəticəsində yolötürücü avtomobil tunelinin bağlanması Heydər Əliyev prospektində böyük tıxacın yaranmasına səbəb olub.



Modern.az