Modern.az

Ziya Məmmədovun iş ortağının oğlu xoşməramlı səfir seçilib

Ziya Məmmədovun iş ortağının oğlu xoşməramlı səfir seçilib

Ölkə

8 Avqust 2011, 14:16

“Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı xoşməramlı səfiri seçilib. Modern.az saytı qol.az-a istinadən bildirir ki, Xorvatiya hökuməti 23 yaşlı iş adamı Kənan Məmmədov barədə məlumat topladıqdan sonra onun namizədliyi üzərində dayanıb və istəyini Azərbaycan tərəfə bildirib.

İki ölkə arasında münasibətlərin yaxınlaşmasında maraqlı olan Balkan respublikasının rəhbərliyi gözlədiyi cavabı Azərbaycandan alıb.

Nazirlər Kabineti Kənan Məmmədovun fəxri səfir təyin olunmasına razılıq verib.
Qeyd edək ki, “Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun iş ortağıdır. Nazirin oğlu Anar Məmmədov “Bakı» futbol klubunun fəxri prezidenti və komandanı maliyyələşdirən şəxslərdən biridir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?