
“Ayaz Mütəllibovun Azərbaycana gəlməsi üçün ölkəmizin Rusiyadakı konsulluğu müvəqqəti arayış verib”. Bu sözləri Modern.az-a açıqlamasında ASDP həmsədri Araz Əlizadə eks-prezidentin gəlişinin hüquqi tərəflərini izah edərkən bildirib. Azərbaycanın Rusiyadakı səfirliyinə təşəkkür edən ASDP həmsədri bildirib ki, səfirliyin çevik işləməsi sayəsində lazım olan sənədləşmə işlərini həll etmək mümkün olub.
“Ayaz Mütəllibov Azərbaycan prezidentinin humanistliyi nəticəsində Bakıya gələ bilib”-deyən A.Əlizadə qeyd edib ki, Bakıya gələn eks-prezidentin toxunulmazlığı dövlət səviyyəsində təmin olunub.
A. Əlizadə A. Mütəllibovun Azərbaycanda qalıb-qalmayacağı barədə suala “bu barədə heç nə deyə bilmərəm” cavabını verib.
19 ildir Rusiya paytaxtında yaşayan Ayaz Mütəllibov Azərbaycanın ümümvətəndaş paspoturtuna malik deyil. O, Rusiya vətəndaşı olmadığından eks-prezidentin Rusiya pasportu da yoxdur.
Modern.az