Bakının Heydər Əliyev prospektində bir müddət öncə quraşdırılan yeni avtobus dayanacaqlarını söküb ən yenisini tikirlər. Nəqliyyat Nazirliyindən Modern.az saytına verilən məlumata görə, təxminən 200 yeni avtobus dayanacağı quraşdırılır və informasiya terminalı ilə təmin edilir.
Nazirlikdən bildiriblər ki, bu işi Bakı şəhər İcra Hakimiyyəti həyata keçirir. Lakin şəhər meriyasından görülən işlə bağlı hər hansı digər məlumat əldə edə bilmədik.
Qeyd edək ki, yeni dayanacaqlarda günbəz formalı yaşıl terminal quraşdırılır.

