Modern.az

Maliyyə Nazirliyi də 65 yaşa çatan işçiləri təqaüdə göndərdi, daha 2 nazirlikdə siyahı hazırlanır

Maliyyə Nazirliyi də 65 yaşa çatan işçiləri təqaüdə göndərdi, daha 2 nazirlikdə siyahı hazırlanır

Ölkə

19 Avqust 2011, 16:39

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır.Modern.az-ın məlumatına görə, artıq dövlət qurumlarında 65 yaşlı işçilərin təqaüdə yolan salınması prosesinə start verilib. Dünən Kənd Təsərrüfatı Nazirliyində aparılan ixtisarlarla bağlı məlumatı vermişdik. Bu gün isə daha 3 dövlət orqanının bu istiqamətdə gördüyü işlər barədə məlumatı təqdim edirik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Komitə cəmi 5 il fəaliyyət göstərdiyi üçün burada cavan kadrlar işləyir. “Bizim komitə gənc olduğuna görə, burda o yaş həddində olan kadrlar yoxdur. Avtomatik olaraq da bu bizə şamil olunmur”-deyə Dövlət Komitəsindən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində isə yaşı 65-ə çatmış dövlət işçilərinin siyahısı hazırlanır. Nazirliyin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, bu iş üzrə proses davam etdiyi üçün konkret siyahı məlum deyil. “Nazirlikdə konkret təqsüdə gedənlərlə bağlı siyahılar hazırlanır və yalnız növbəti həftə məlum olacaq ki, kimlər və neçə nəfər ixtisar olunacaq. Tam say etibarı ilə də o zaman biz mətbuata açıqlama verəcəyik”.

Yaşı 65 olan dövlət işçilərinin siyahısı Gənclər və İdman Nazirliyində də hazırlanır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səmayə Məmmədova saytımıza bildirib ki, 65 yaşına çatmış dövlət işçilərinin siyahılarının müəyyənləşməsi üzərində iş gedir və kimlərin ixtisar ediləcəyi tam dəqiq deyil.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, qanuna uyğun olaraq onlarda da 65 yaşa çatmış işçilərin siyahısı hazırlanıb. Onun sözlərinə görə, artıq Nazirlikdə dövlət qulluğunda çalışamanın yuxarı yaş həddini keçmiş işçilərin təqaüdə yola salınması prosesinə start verilib.

“Nazirliyinin 65 yaşı ötən 12 nəfər əməkdaşı dövlət qulluğundan azad edilib və onlar Maliyyə Nazirliyi sistemində uzun müddət çalışdıqlarına və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə “Azərbaycan Respublikası maliyyə nazirinin Təşəkkürnaməsi” ilə təltif ediliblər”.

Mais Piriyev qeyd edib ki, Maliyyə Nazirliyi sistemində 65 yaşına çatan işçilərin dövlət qulluğuna xitam verilməsi prosesi bundan sonra da davam edəcək.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı