Modern.az

Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın əsl adı Bahadır imiş...

Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın əsl adı Bahadır imiş...

Ölkə

20 Avqust 2011, 13:24

Valideynləri ona hətta İslamı da qəbul elətdiriblərmiş...

Ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edəndən sonra orada bir separatçı rejim qurublar. Qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan bu üzdəniraq quruma hazırda Bako Saakyan adlı Qarabağ ermənisi rəhbərlik edir. Sən demə, Bako Saakyanın əsl adı Bako deyil, Bahadır imiş, həm də o vaxtilə müsəlmanlığı qəbul edibmiş...
Əslən Xankəndindən olan yaşlı azərbaycanlılar bununla bağlı Modern.az saytına maraqlı məlumatlar söyləyiblər.

Modern.az saytının əməkdaşı Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndi və xankəndililər barədə araşdırma apararkən, əslən bu qədim yurdumuzdan olan yaşlı insanlarla görüşdə Bako Saakyan barədə maraqlı faktlar əldə edib.

İndi məlum olur ki, Bako Saakyana niyə valideynləri vaxtilə türk adı qoyublarmış... Xankəndindən olan ağsaqqallar bildirirlər ki, bu separatçı erməninin əsl adı Bahadır olub. Belə ki, Bakodan öncə onun bir neçə qardaş-bacısı doğulsa da, dünyaya gələn bu dığalar ölürmüş. Bako doğulanda – 1960-cı ildə - onun valideynləri qərara alırlar ki, dığaya erməni deyil, müsəlman adı qoysunlar ki, bəlkə Allahın da onlara rəhmi gələ, uşaq sağ qala... Belə də edirlər. Yenicə doğulan dığaya Bahadır adı qoyulur. Doğrudan da Bahadır özündən əvvəl doğulan qardaş-bacısından fərqli olaraq bu dünyanın tərk eləmir, iməkləyir, ayaq tutub yeriyir.
Məlumata görə, hətta rəsmi orqandan alınan doğum haqqında şəhadətnaməyə də onun adı Bahadır olaraq yazılır. Allahın Bahadır adlı bu dığanı hifz elədiyini görən valideynləri daha sonra belə qərara gəlirlər ki, sağ qaldığına görə onu müsəlman da etdirsinlər. Və Bahadıra İslam dinini qəbul etdirirlər. Onun sünnət edilib-edilmədiyi barədə isə Xankəndi ağsaqqalları dəqiq məlumata malik olmadıqlarını bildirirlər.

Sonradan Bahadır tədricən Bakoya çevrilir. Təbii ki, mənfur xislətli bu erməni İslama da sitayiş etmir... 1988-ci ildə Qarabağda genişlənən erməni separatçılığının fəallarından biri olur. Ermənilərin Qarabağdakı qanunsuz silahlı birləşmələrində müxtəlif “vəzifələr” tutur. 2007-ci ildə vaxtilə türk adı daşıyan Bahadır-Bako Saakyan  qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan üzdəniraq quruma “prezident” seçilir.

Qeyd edək ki, vaxtilə Azərbaycan türklərinin hər şeyinə tamah salan ermənilər ad oğurluğu ilə də məğul olublar. Bu xain millət Azərbaycan türkləri ilə qonşu olduqları vaxtdan adam adlarımızdan xoşlanaraq yeni doğulan dığalarına müxtəlif türk ismləri qoyublar. İndi də onlar arasında belə adlar daşıyan erməilər çoxdur. Bizim adlarımız tədricən onların soyadlarına da keçib. Məlikyan, Babayan, Balayan, Ağacanyan və s...


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı