Modern.az

Elgiz Əkbər ANS-in “Toy olsun” şousunu tərk etdi - Eksklüziv

Elgiz Əkbər ANS-in “Toy olsun” şousunu tərk etdi - Eksklüziv

Ölkə

22 Avqust 2011, 16:28

ANS TV-nin “Toy olsun” populyar şousunun tanınmış aparıcısı Elgiz Əkbər proqramı tərk edib. Verilişin sentyabr ayından efirə gedəcək payız efirində Ulvira Qarayeva şounu yeni aparıcı ilə tərəf müqabili olacaq. Bu barədə Modern.az saytına Elgiz Əkbərin özü məlumat verib.

“Toy olsun”dan getməyimin səbəbi daha sanballı və daha maraqlı layihə üzərində işləməyimdir”.

Bu sözləri əməkdaşımıza açıqlamasında Elgiz Əkbər deyib. O, verilişdən getməyinin digər səbəbini isə müqaviləsinin bitməsi ilə əlaqələndirib.

“Toy olsun”dan getməyimin səbəbi müqaviləmin bitməyi idi. Müqaviləm bir illik idi və iyulun1-də bitdi, yenidən isə müqavilə imzalamadım. Çünki daha sanballı və maraqlı layihə üzərində işləyirəm. Ümumiyyətlə, mən hər il yeni maraqlı və lazımlı layihələrlə efirə çıxmağı xoşlayıram”.

Keçən ildən yeni layihə üzərində işlədiyini deyən E.Əkbər onun hələ bədii şura tərəfindən təsdiqlənmədiyini vurğulayıb. “Təsdiqlənsə, yanvar ayından efirə gedəcək. Bundan əlavə, tamaşaçılar məni yeni formatda təqdim olunacaq “Elgizli axşamlar” verilişi ilə sentyabrın 4-dən efirdə görəcəklər. Burda ailə-məişət mövzularından əlavə, digər məsələlərə də yer veriləcək. Yəni bu proyekt çətin olduğu üçün də “Toy olsun”dan uzaqlaşdım”.

Elgiz Əkbərin dediyinə görə, Ulvira Qarayeva  “Toy olsun”u ora evlənməyə gələnlərdən biri ilə aparacaq. “Məndə olan məlumata görə, Ulvira xanım verilişə evlənmək üçün gələnlərdən birinə “Toy olsun”u onunla birlikdə aparmağı təklif edib” deyə sonda tanınmış aparıcı əlavə edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı