Modern.az

Mədəniyyət və Turizm Nazirliyində də 70 yaşı ötmüş işçilər yola salındı

Mədəniyyət və Turizm Nazirliyində də 70 yaşı ötmüş işçilər yola salındı

Ölkə

23 Avqust 2011, 12:59

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır.
Modern.az saytının məlumatına görə, artıq bir sıra dövlət qurumlarında 65 yaşı ötmüş işçilərin təqaüdə yola salınması prosesinə start verilib. Ötən günlərdə Kənd Təsərrüfat və Maliyyə nazirliklərində 65 yaşı ötən işçilərin ixtisara düşmələri barədə məlumat vermişdik.

Aldığımız məlumata görə, Mədəniyyət və Turizm Nazirliyində də 65 və daha yuxarı yaşlı işçilərin ixtisarı olub. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov Modern.az saytına açıqlamasında xəbəri təsdiqləyib. O, bildirib ki, Mədəniyyət və Turizm Nazirliyində Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə uyğun tədbirlər həyata keçirilir. İ.Hümbətovun sözlərinə görə, artıq nazirliyin mərkəzi aparatından 2 nəfər təqaüdə göndərilib, 65-69 yaş arasında olan bir neçə nəfər ilə isə qanunun tələblərinə uyğun olaraq bir illik müqavilə bağlanıb.

“Mədəniyyət və Turizm Nazirliyinin ümumrespublika üzrə sistemində də bu proses aparılır. Yerli müəssisələrə nazirliyin  nomenktlaturasında olan vəzifələrdə çalışan təqaüd yaşına çatmış işçilər barədə məlumatların rəhbərliyə təqdim olunması üçün məktublar göndərilib. Artıq siyahılar hazırlanıb rəhbərliyə təqdim olunub. Belə ki, ümumrespublika üzrə nazirliyin nomenklaturasına daxil olan vəzifələrdə çalışan işçilərdən 26 nəfərinin yaşı 70-dən yuxarıdır, 40 nəfəri isə 65-69 yaş arasındadır. İndi bunlarla bağlı siyahı hazırlanır, qanunauyğun işlər görülür” deyə mətbuat katibi əlavə edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı