Modern.az

Ermənilərin aramızdakı müttəfiqləri...

Ermənilərin aramızdakı müttəfiqləri...

Ölkə

27 Avqust 2011, 10:59

Hər şey göründüyü  kimi deyil...  “Yenidənqurma”nın vüsət aldığı 1985-1988-ci illərdən bəri beynəlxalq müsəlman-türk düşmənləri Azərbaycan türklərinin gücündən, enerjisindən öz məkrli məqsədlərindən ötrü istifadə etmək üçün sənələr əvvəl mason - “KQB” - “CRU” xəttilə yetişdirdikləri guya, xalqın öz içərisindən çıxmış saxta lider və qəhrəmanları dövriyyəyə buraxdılar.  Kütlənin gözünə soxub populyarlaşdırmaq üçün isə ən sərfəli yol həmin fiqurları sovet imperiyası və ermənilər əleyhinə danışdırmaq idi...

1991-ci ildə imperiya dağıldı... Azərbaycan müstəqil oldu... Ancaq Qarabağ işğal edildi...  Ermənilərə, ruslara, farslara qarşı danışmaq yenə də dəbdə idi... Saxta millətçilər elə nitqlər söyləməli idilər ki, bütün mətbuat onları elə təbliğ etməli idi ki, əsl vətənsevərlər kölgədə qalsın... Xalq yalnız saxtaları alqılaşmalı, onları sevməli idi... Təəssüf ki, masonların planı həyata keçdi, əsl qəhrəmanların çoxu səngərlərdə şəhid, ya da əlil oldu, bir hissəsi “vətən xaini” adı ilə güllələndi, ya da zindanlarda çürüdüldü, qalanları isə müflis bir vəziyyətə salındı...  

Fəqət saxtalar kütlə şüurunda manipulyasiya (aldatma, çaşdırma, əsl hədəfdən yayındırma) edə-edə yaşadı, yarısı hakimiyyətə soxuldu, yarısı da “müxalifətdə” qaldı...
Hakimiyyət daxilinə yerləşə bilənlər “Qarabağın bir qarışını da ermənilərə verməyəcəyik”- deyə-deyə sərvətlərimizi talayıb, rüşvət alıb xalqın qanını sordular, “müxalifətdəkilər” də “bu hakimiyyət iflasa uğrayıb, biz tezliklə hakimiyyətə gələcəyik”- bağıra-bağıra xaricdən də, daxildən də qrant alıb xalqı yuxuya verdilər. Hər ikisi birlikdə millətin başına elə bir corab hördülər ki, onun ilmələrini çözüb azadlığa çıxmaq üçün ümidimiz yalnız Allaha qalıb....
Həm də “corab” hələ hörülməkdə davam edir, ilmələr gündən-günə daha da sıxlaşır...

Bu gün də saxtakarlar Azərbaycanın bu günü və gələcəyi üçün müdhiş bir oyun oynamaqda davam edirlər. Kütlə bütünlüklə dərk edə bilmir ki, aramızda öz antimilli əməlləri ilə birbaşa, ya da dolayısı ilə böyük düşmənlərimizə və onların kiçik aləti olan ermənilərə işləyən kifayət qədər nümayəndə var...

Bunu sənədlə sübut etmək çox çətin olsa da, məntiqlə sübut etmək mümkündür...

Bu gün həmin o saxtakarlar rəsmi və ya qeyri-rəsmi tədbirlərdə, məsələn, Xocalı faciəsinin ildönümlərində ağızdolusu o ki var ermənilərin qabırğasına döşəyir. Onlara sual verən yoxdur ki, bəs siz özünüz kimsiniz? Sizin məddahlığa, yaltaqlığa bulaşmağınız masonların da, ingilislərin də, rusların da, farsların da, ermənilərin də ürəyindən keçən əməllər deyilmi?
Milli  ordumuzun, təhsilimizin, səhiyyəmizin, elmimizin və s. korrupsiya bataqlığında boğulmasında fəal iştirak edənlər öz iyrənc əməlləri ilə düşmənlərimizə, o cümlədən ermənilərə xidmət etmirlərmi?..

Sərkisyanın ”sərsəm çıxışlar edərək danışıqları pozmasından”,  ABŞ-ın, ya Rusiyanın Ermənistana yardım etməsindən, BMT-nin, AŞ-nın, ATƏT-in ədalətsiz  mövqe tutmasından,  ikili standartlardan, İranın daxili işlərimizə qarışmasından danışıb xalqın gözünə kül üfürmək bəs deyilmi...

Masonlar da, daşnaklar də gözəl bilirdilər ki, imperiyanın boyunduruğundan yenicə qurtulmuş, müharibə oyunlarının da sarsıtdığı bir ölkədə rüşvətxorlar, bürokratlar, məddahlar, yaltaqların hesabına elə bir uğurlu manqurtlaşma gedəcək ki, Vətən, millət, torpaq, vicdan, namus, qeyrət anlayışları elə gözdən düşəcək ki, buna heç sovet imperiyası da nail olmayıb...

Dəhşətdir... Erməni sənin torpağını işğal etsin, elini-obanı pərən-pərən salsın, evini-ocağını dağıtsın, dədə-babanın qəbirlərini şumlasın, murdarlasın, sən isə gəlib Bakıda, Şəkidə yerləşib bir az rahatlaşandan sonra boynuna bir qalstuk taxıb işlədiyin sahədə vəzifə pilləsində daha da “qabağa getməyə” çalış   – desinlər ki, filankəs müəllim fərasətli oğlandır: yeyib-dağıdır... 
Hanı sənin vicdanın, varmı, “fərasətli, diribaş” filankəs? Sən ermənilərə və ermənipərəstlərə xidmət etdiyinin fərqindəmisən? Fərqində deyilsən... Çünki artıq sənin  bu çirkabla, yaltaqlıqla, saxtakarlıqla, mənəviyyatsızlıqla barışaraq vicdanını, mənliyini itirmiş xislətinlə erməni xislətinin heç bir fərqi qalmayıb... Amma bunu bilin, gec-tez hesab verəcəksiniz... Allah qarşısında, xalq qarşısında, şəhidlərimizin ruhu qarşısında...

Beləliklə, son nəticə: nəfsinin qulu olub kiçik və böyüklüyündən asılı olmayaraq çalışdığı işdə korrupsiyaya, rüşvətxorluğa qurşananlar, eləcə də belələrinə yardımçı olan insanabənzər məxluqlar Allahın düşmənlərinə xidmətdədirlər. Yəni Vətənimizdəki belələri ermənilərə qulluq edirlər. Onlarla mübarizənin yolunu isə  “demokratik” Avropada, Amerikada axtarmaq gərək deyil. Həmin yol öz içimizdədir: nəfsinə sahib ol, öz əməllərinlə zülmkarlara dəstək olub onlara baş əymə, haqqını qoru və tələb et!..

Bir hədisdə  belə buyrulur: “Zülmkarın əbədi olaraq qalmasını istəyən, onu  mədh edən və ya onun qarşısında əyilən şəxs onun günahlarında şərikdir və buna görə də cəhənnəmə vasil olacaqdır”...

Qurani-Kərimin Hud surəsinin 113-cü ayəsində isə Allah-təala belə hökm edir:

“Zülmkarlara bel bağlasanız, odda yanarsınız – bilin ki, sizin Allahdan başqa köməkçiniz yoxdur – və heç kim sizə yardımçı olmaz”....

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı