Modern.az

Qarabagın azərbaycanlı icması Xocalı soyqırımının 20 illiyinə necə hazırlaşır..?

Qarabagın azərbaycanlı icması Xocalı soyqırımının 20 illiyinə necə hazırlaşır..?

Ölkə

27 Avqust 2011, 11:22

“Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında tək bir insan yox, bütün diaspor təşkilatları, Dağlıq Qarabağın Azərbacanlı İcmasının üzvləri, bütün insanlar səfərbər olmalıdırlar”. Bu sözləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvi, sabiq millət vəkili Həvva Məmmədova deyib.

Həvva Məmmədova həmçinin qeyd edib ki, hər il 100-dən çox ölkədə qeyd olunan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çox böyük xidmətləri olub.

Keçmiş deputat Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasını təşkil etməsini və İslam Konfransı Təşkilatına daxil olan ölkələrin Xocalı soyqırımını tanınmasını ciddi addım kimi qiymətləndirib.

“Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında və bu dəhşətlərin 20 illiyi ilə əlaqədar çox böyük işlər görməliyik. Biz təmasda olduğumuz diaspor təşkilatlarına və bu yaxınlarda keçirlən Dünya Azərbacanlılarının Qurultayında olan insanlara içərisində Xocalı faciəsi ilə bağlı geniş sənədlər, məlumatlar olan kitablar, broşürlər paylamışıq”.

H.Məmmədova Xocalı soyqırımı ilə bağlı təmsil olunduğu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da üzərinə çox böyük məsuliyyətin düşdüyünü və Xocalı soyqırımın 20 illiyi ilə əlaqədar icmanın çox böyük fəaliyyət proqramının olduğunu bildirib. Onun sözlərinə xarici ölkələrdə diaspor təşkilatları ilə birlikdə Xocalı soyqırımına aid konfrasnların təşkil edilməsi, filmlərin nümayiş etdirilməsi və s. bu kimi məsələlər artıq icmanın fəaliyyət prorqamında öz yerini tutub:
“Xarici ölkələrdə diaspor təşkilatları ilə birlikdə Xocalı soyqırımının 20 illiyinə həsr edilən konfransların keçirilməsi, icmanın idarə heyətinin üzvlərinin ayrı-ayrı ölkələrə gedib orada Xocalı ilə bağlı böyük tədbirlərin keçirilməsində iştirak etməsi, kitabların, broşürlərin hazırlanması Dağlıq Qarabağın Azərbacanlı İcmasının ən böyük fəaliyyət proqramlarından biridir”.

Lakin Həvva Məmmədovanı dünyanın Xocalı soyqırımına münasibəti qane etmir. İcmanın idarə heyətinin üzvi qeyd edib ki, bu gün nəinki Xocalıya, azərbaycanlılara qarşı, Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlarda, gedən proseslərdə ikili standartlar mövcuddur: “Azərbaycana qarşı olan münasibət hər birimizin gözü qarşısındadır. Düzdür, diaspor təşkilatları çox böyük işlər görürlər. Məsələn, Amerikanın bir ştatının Xocalı soyqırımını qəbul etməsi ədalətli qərardır. Ona görə, biz çox, olduqca çox çalışmalıyıq ki, faciələrimizi insanlara çatdıraq. O insanları biz Azərbaycan dəvət edək ki, onlar gəlib Quba soyqırımı məzarını görsünlər, Xocalıdan sağ qalan insanlarla görüşsünlər”.

Həvva Məmmədova bu istiqamətdə artıq addımlar atdığını, Kanada, Amerika, Avropa ölkələrindən gələn jurnalsitləri, o cümlədən qonaqları xocalılarla görüşdürüb və onlar xocalıların başlarına gələn faciələri özlərinin dilindən eşidiblər: “Biz bunu etməliyik. O vaxta qədər ki, bütün dünya Xoacalı soyqırımını qəbul etsin. Ermənistanı və Ermənistanın bugünki prezidenti Serj Sərkisyanı terrorçu bir dövlət başçısı kimi, qaniçən, qatil kimi tanınmasında biz mütəmadi olaraq çalışmalıyıq. Apardığımız təbliğat işlərində, gördüyümüz işlərdə Xocalı faciəsi öndə getməlidir” deyə keçmiş millət vəkili əlavə edib.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı