Artıq yay mövsümü sona yaxınlaşmaq üzrədir. Qarşıdan gələn payız mövsümü özü ilə bərabər bir sıra yeniliklər gətirəcək. Xanımlar bu mövsümün tələblərinə uyğün olaraq qarderoblarını da dəyişirlər. Maraqlıdır, görəsən payız mövsümünün dəbi neçə olacaq? Xanımlar zövqlü və dəbli görünmək üçün hansı geyimlərə müraciət etməlidir?
Tanınmış stilist, imicmeyker Anar Ağakişiyev Modern.az saytına bildirib ki, payız və qışın dəbdə olacaq rəngləri tam bəlli olmasa da, ilkin ehtimalla görə, qara, boz, həddindən artıq tünd şabalıdı rənglərin üstünlük təşkil edəcəyi gözlənilir. Bununla belə, o, bu mövsümün əsas rənginin cəhrayı olacağını düşünür.
Müsahibimizin sözlərinə görə, sentyabr-oktyabrda kürəyi açıq kombinezonlar dəbə minəcək, onların altında açıq rəngli köynəklər geyiniləcək.
Ziyafət geyimlərinə gəlincə, uzun libaslar üstünlük təşkil edəcək. Payız və qış mövsümünün saç formaları ötən mövsümdən fərqli olacaq, bu mövsüm uzun saçlar üstünlük təşkil edəcək. Mövsümün saç rənginə gəlincə isə açıq, dağınıq şabalıdı rənglər daha çox istifadə olunacaq.
Stilist Anarın sözlərinə görə, böyük daşlı aksesuarlarla yanaşı, qızıl və gümüş zinyət əşyaları da payız və qış mövsümünün ayrılmaz hissəsinə çevriləcək. Qarşıdan gələn mövsümdə iri çantaları kiçik çantalar əvəz edəcək. Ayaqqabılara gəlincə, uzun platforma ayaqqabılar dəbdə olacaq.
Anarın sözlərinə görə, bu mövsümdə ayaqqabı və çantalar aparıcı rola malik olacaq.
Sədaqət SÜLEYMANOVA