Modern.az

Statistika Komitəsi və Nəqliyyat Nazirliyi 65 yaşı ötən işçiləri təqaüdə yola saldı

Statistika Komitəsi və Nəqliyyat Nazirliyi 65 yaşı ötən işçiləri təqaüdə yola saldı

Ölkə

2 Sentyabr 2011, 09:29

Modern.az saytı “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə uyğun olaraq yaş həddi ilə bağlı dövlət orqanlarında hansı tədbirlərin görüldüyünü öyrənməyə çalışır. Dövlət orqanlarından verilən informasiyalarda dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq 65 yaşa çatmış işçilərin siyahısının hazırlanaraq ixtisarlar aparıldığı bildirilir. 

Əməkdaşımız daha üç dövlət qurumu ilə əlaqə saxlayaraq sözügedən istiqamətdə nə kimi yeniliklərin olduğunu soruşub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Məryəm Nəcəfova bildirib ki, hazırda QKDK-da 65 yaş həddinə çatmış əməkdaş çalışmır. Onun sözlərinə görə QKDK əməkdaşlarının orta yaş həddi 32 yaş təşkil edir.
“Son 3 ildə QKDK-dan 2 əməkdaşın pensiya yaşına çatması (pensiyaya çıxmaq hüququnun yaranması) ilə əlaqədar olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilib” deyə Məryəm Nəcəfova əlavə edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Qardaşxanova qanunun tələblərinə uyğun bu qurumda 5 nəfərin təqaüdə göndərildiyini qeyd edib.
““Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdən dərhal sonra bizdə 65 və ondan yuxarı yaş həddində olan işçilərin ixtisarına başlanılıb. Bununla əlaqdar artıq 5 nəfərin işinə xitam verilib və onlar təqaüdə göndərilib” deyə mətbuat xidmətinin rəhbəri əlavə edib. 

“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərdən sonra Nəqliyyat Nazirliyində də ixtisarlar aparılıb. Nazirliyin kadrlar şöbəsinin müdiri Vaqif Hacıbəyli bildirib ki, 65 yaşdan yuxarı işçilərin təqaüdə göndərilməsi prosesi onlarda da gedib. Ancaq o, necə nəfərin əmək pensiyasına göndərildiyini açıqlamaq istəməyib.

Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm, Sənaye Energetika nazirliklərində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, “Dövlətqaçqınkom”da təqaüd yaşı çatmış dövlət işçilərinin ixtisarları barədə məlumat vermişik.


Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı