Modern.az

İcra başçısı məktəb direktorlarını hədələdi (FOTOLAR)

İcra başçısı məktəb direktorlarını hədələdi (FOTOLAR)

Ölkə

5 Sentyabr 2011, 17:06

Modern.az xəbər verir ki, Samuxda təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda ötən dərs ilində qazanılan uğurlar və nailiyyətlər, eləcə də buraxılan səhvlər təhlil edilib, ayrı- ayrı məktəblərdə təhsilin səviyyəsi müzakirə olunub.     Samux rayon Təhsil Şöbəsinin müdiri Hidayət Əhmədov məruzəsində bildirib ki, 2011- 2012-ci dərs ilində Samuxda 35 məktəb, 16 məktəbəqədər və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərəcək.
Yeni tədris ilində 8200 şagirdin təhsil alacağı gözlənilir. Qeyd olunub ki, məktəblərin maddi-texniki bazası ilbəil yaxşılaşdırılır. Son illər ərzində mövcud məktəb binalarının 23-ü yenilənib. Bu istiqamətdə Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Diqqətə çatdırılıb ki, qəzalı məktəblərin yenilənməsi bu il də davam etdirilir. Hazırda bir şəhər və 3 kənd məktəbi üçün yeni bina tikilir.

Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə bildirib ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində ali məktəbə qəbul olanların sayı artıb. Bu il tələbə adını qazanan 128 nəfərdən 3-ü 600-dən, 11-i isə 500-dən yüksək bal toplayıb. Bununla yanaşı, icra başçısı ali məktəbə qəbul qeydə alınmayan məktəb direktorlarına xəbardarlıq edib.
Vilyam Hacıyev deyib: “Bilirsiniz ki, ötən dərs ilində qəbul qeydə alınmayan 3 məktəbin direktoru vəzifədən kənarlaşdırılıb. Bu dəyişiklik builki qəbulda özünü doğrultdu. Heç şübhəsiz bu il də bəzi direktorlar işdən azad olunacaq”.
Konfransda ali məktəbə yüksək balla daxil olan məzunlara və qabaqcıl təhsil işçilərinə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.




Xaliq Qurbanov
Samux

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı