Futbol üzrə Azərbaycan milli komandası Avropa Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün növbəti rəsmi görüşünə çıxacaq. Modern.az xəbər verir ki, komandamız Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda Qazaxıstanı qəbul edəcək.
Xatırladaq ki, səfərdə baş tutan ilk görüşdə milli komandamız rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu. İki gün öncə Belçika ilə 1:1-lik bərabarə qalan milli komandamız bugünkü görüşdə qələbə qazanmaq niyyətindədir.
***
Bu qrupda ikincilik uğrunda mübarizə aparan Türkiyə millisi səfərdə Avstriyanın qonağı olacaq. Bu görüşdə “ay-ulduzlular”ı heç-heç-ə də qane edir. Avstriya isə qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Avstriya AÇ-2012-nin final mərhələsindən kənarda qalacaq. Türkiyə bu oyunda qələbə qazanarsa, ən yaxın izləyicisi Belçikanı 4 xal qabaqlamış olacaq. Bu isə qardaş ölkənin yığmasını AÇ-2012-nin final mərhələsinə bir qədər də yaxınlaşdıracaq. Məğlub olacağı təqdirdə isə Türkiyə işini daha da çətinə salacaq.
Seçmə mərhələdəki digər rəqiblərimiz Almaniya və Belçika yığmaları isə bu axşam istirahət edəcəklər.
6 sentyabr Komanda O Q H M T/F X Almaniya 8 8 0 28-5 24 Türkiyə 7 4 1 2 11-8 13 Belçika 8 3 3 2 16-11 12 Avstriya 7 2 1 4 12-16 7 Azərbaycan 7 1 1 5 6-19 4 Qazaxıstan 7 1 0 6 3-17 3
A qrupu
20:00. Azərbaycan – Qazaxıstan
Hakimlər: Anders Hermansen, Martin Vulf, Jakob Bille, Kenn Pii Hansen (hamısı Danimarka).
Hakim-inspektor: Marinus Koopman (Hollandiya).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
***
Avstriya – Türkiyə