Modern.az

Sentyabrdan Bakıdakı ali məktəblərin təhlükəsizliyi gücləndirilib

Sentyabrdan Bakıdakı ali məktəblərin təhlükəsizliyi gücləndirilib

Ölkə

6 Sentyabr 2011, 11:06


Artıq yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Ali, orta ixtisas və orta məktəblər bütün gücü ilə yeni dərs ilinə hazırlaşır. Bu hazırlıqda təhsil müəsisələrinin mühafizə xidmətləri də mühüm yer tutur. Modern.az saytı bəzi unuversitetlərlə əlaqə saxlayaraq yeni dərs ilində mühafizə işinin necə təşkil ediləcəyi ilə maraqlanıb.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyevin sözlərinə görə, universitetdə ötən ildə olduğu kimi, bu il də gücləndirilmiş mühafizə xidməti fəaliyyət göstərəcək. Onun sözlərinə görə, universitetin bir özəl mühafizə qurumu ilə müqaviləsi var, həmin qurumun əməkdaşlaı bu ali təhsil müəsisəsində tələbələrin mühafizəsini təmin edir.
Universitetdə neçə mühafizə əməkdaşının olmasına gəlicə, A.Əliyev bu barədə dəqiq məlumat verə bilmədi. “Dəqiq saylarını bilmirəm. Mühafizə qurumunun əməkdaşları növbəli şəkildə dayandıqları üçün, sayları barədə dəqiq məlumatım yoxdu”-deyə A.Əliyev əlavə etdi.

Dillər Universitetinin  mətbuat xidmətinin əməkdaşının sözlərinə görə, universitetdə mühafizə xidməti var və sentyabrdan gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Texniki Universitetin mətbuat xidmətinin əməkdaşı bildirdi ki, universitetdə artıq iki ildir ki, mühafizə xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. “Neft Akademiyasında törədilən məlum hadisədən sonra bizim ali məktəbdə mühafizə xidmətinin işi daha da gücləndirilib” deyən universitetin əməkdaşının sözlərinə görə, ümumilikdə bu işi 26 nəfər mühafizə əməkdaşı həyata kecirir. 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirdi ki, universitetdə nəinki dərs mövsümü başlayanda, elə ilin bütün vaxtı mühafizə xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Neft Akedemiyasının mətbuat xidmətinin rəhbəri Elxan Axundov bildirdi ki, bu ali məktəbdə sentyabr ayından etibarən mühafizə xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“İki nəfər universitetin əməkdaşı, iki nəfər də polis əməkdaşı olmaqla dörd mühafizə işçisi olacaq”-deyə E.Axundov bildirdi. 

Dövlət İdarəcilik Akademiyasından verilən məlumata görə, akedemiyada mühafizə xidmətinin fəaliyyəti normaldır. Akademiyada 10 nəfərdən ibarət mühafizə xidməti fəaliyyət göstərir. “Akademiya bir korpusdan ibarətdir. 800 nəfər tələbəmiz var. Mühafizə xidmətində 10 nəfər çalışır, üç gündən bir dəyişməklə iki nəfər mühafizəci qapıda dayanır”-deyə akedemiyadan  bildirildi.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı