Modern.az

Elmar Vəliyev Gəncənin ali məktəb rektorlarına yeni tapşırıqlar verib

Elmar Vəliyev Gəncənin ali məktəb rektorlarına yeni tapşırıqlar verib

Ölkə

8 Sentyabr 2011, 11:56


Modern.az
saytı xəbər verir ki, Gəncədə 10 tələbəyə “Nizami Gəncəvi” təqaüdü veriləcək. Bu təşəbbüsü Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıqla bağlı təşkil olunan komissiyanın işinin müzakirəsi zamanı irəli sürüb. 
Elmar Vəliyev Gəncədəki ali məktəb rektorlarına Nizami Gəncəvinin 870 illiyi münasibəti ilə əlaçı tələbələrə əlavə təqaüd verilməsi üçün müəyyən tapşırıqlar verib.
Yeni dərs ilindən Gəncə Dövlət Universitetində təhsildə uğurlu nəticələr göstərən 10 tələbəyə “Nizami təqaüdü” veriləcəyi artıq dəqiqləşib. Təqaüdün məbləği 100 manat olacaq.    
Qeyd edək ki, Universitet Elmi Şurasının qərarına əsasən, Nizami Gəncəvi adına təqaüd oktyabr ayının 1-dən veriləcək. Təqaüd 2, 3 və 4-cü kurs tələbələrinə şamil olunacaq. Növbəti semestrdə əlaçılıqdan düşən tələbənin təqaüdü kəsiləcək. Əlaçılığa yüksələn tələbələrə isə təqaüd təyin olunacaq.


Xaliq Qurbanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı