Modern.az

Təhsil Nazirliyi payız buraxılış imtahanlarının nəticlərini açıqlayıb

Təhsil Nazirliyi payız buraxılış imtahanlarının nəticlərini açıqlayıb

Страна

21 Sentyabr 2011, 12:51

Təhsil Nazirliyi orta məktəblərin 9-cu sinif şagirdləri üçün payız buraxılış imtahanlarının nəticlərini açıqlayıb. Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumatına görə, sentyabrın 2-10-u aralığında keçirilmiş və respublikanın bütün bölgələrini əhatə etmiş payız imtahanlarının nəticələri rayon və şəhər Təhsil şöbələrinə göndərilib.

Payız imtahanlarında bir neçə ay öncə - iyunda keçirilən buraxılış imtahanından “2” qiyməti alan 9-cular və o zaman buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak ediblər.

Monitorinq və qiymətləndirmə şöbəsindən verilən məlumata görə, imtahanın nəticələri Təhsil şöbələri vasitəsilə məktəblərə də təqdim edilib. Şagirdlər qiymətlərini oxuduqları məktəblərdən öyrənə bilərlər.

Ümumi orta təhsil səviyyəsi  üzrə (9-cu sinif) payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq, yekun qiymət hesab olunacaq.

Payız imtahanından da “2” alanlar sinifdə qalaraq yenidən 9-cu sinifdə oxuyacaqlar.

Ümumilikdə payız imtahanlarında təxminən 26 min şagird iştirak edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı