Modern.az

Nəqliyyat Nazirliyinin Departament rəisi həbs edildi

Nəqliyyat Nazirliyinin Departament rəisi həbs edildi

Ölkə

22 Sentyabr 2011, 14:45

Modern.az saytının bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər 1 saylı Nəqliyyat Departamentinin rəisi Şəmistan Nağıyev həbs edilib. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Əməliyyatda Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları da iştirak edib. Şəmistan Nağıyevin korrupsiya faktı ilə əlaqədar istintaqa cəlb olunduğu bildirilir. Qeyd edək ki, Şəmistan Nağıyev 5 ildir ki, 1 saylı Regional Nəqliyyat Departamentinə rəhbərlik edir.

Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı