Modern.az

Nigar Camal özünü sığortalatdırdı

Nigar Camal özünü sığortalatdırdı

Ölkə

26 Sentyabr 2011, 15:12

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal "Atəşgah" sığorta şirkəti ilə müqavilə imzalayıb. Modern.az saytının məlumatına görə, sığortalanma 1 milyon manat dəyərindədir. "Eurovision 2011"in qalibi üzünü sığorta etdirib ki, bu da Azərbaycan şou-biznes sahəsində atılan ilk belə addımdır.
Bununla bağlı sentyabrın 28-də “Atəşgah” sığorta şirkəti Nigar Camalla birgə mətbuat konfransı keçiriləcək. Sığorta şirkətinin rəsmiləri və müğənni jurnalistləri maraqlandıran sualları cavablandıracaqlar.



.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!