
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin orta məktəb dərsliklərində səhvlərin olması barədə iddiasına təəhsil naziri Misir Mərdanov cavab verib. Jurnalistlərə açıqlamasında nazir deyib ki, məsələni şouya çevirmək lazım deyil. Onun sözlərinə görə, nazirliyin dərslikləri qiymətləndirən şurası var və həmin qurumun qeydiyyatından keçməyən və qrif verilməyən dərsliklərdən istifadəni düzgün hesab etmir.
Misir Mərdanov dərsliklərdəki səhvlər barədə işi bilən adamlar, mütəxəssislər danışmalıdır. Mütəxəssis olmayanın nəyinsə səhv, nəyinsə düz olduğunu deməsi qeyri-ciddi məsələdir.
Misir Mərdanov eyni zamanda Məleykə Abbaszadənin orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanlarının elmi əsaslarla keçirilməməsi barədə iddiasına da cavab verib. Nazir deyib ki, o, bir riyaziyyatçı kimi istənilən məclisdə sübut edə bilər ki, orta məktəblərdə mərkəzləşmiş qaydada keçirilmiş imtahanlar özünü doğruldub. “Nəticələr göz qabağındadır. Orta məktəbləri əla qiymətlərlə bitirən şagirdlər gözlənilən nəticəni göstəriblər”.
Modern.az