Xalq artisti, qeyri-adi ifa tərzi ilə seçilən xanındə Qədir Rüstəmov bu gün torpağa tapşırıldı. Bakı Musiqi Akademiyasında keçiriləın vida mərasimindən sonra mərhum İkinci Fəxri xiyabanda dəfn olundu. Qədir Rüstəmovun ölümü Azərbaycan incənəti üçün böyük itki sayılır.
“Xalq Qədir Rüstəmov sevgisini göstərdi”
Xalq aristi Canəli Əkbərov: “Qədir Rüstəmovun itkisi bütün xalqın itkisidir. Çünki o, milli musiqi mədəniyyətimizin, muğamlarımızın çarcısı idi. Qədir Rüstəmov mənim gözümün qabağında sənətə gəlib və “Sona bülbüllər” kimi sənət əsəri yaradıb. Bu da xalqın iç dünyasının məhsulu idi ki, Qədir onu xalqa çatdırırdı. O xalqa xidmət etdi. Bunun müqabilində dövlət də , xalq da onu yetərincə sevdi və qorudu.
Digər tərəfdən isə, Məhəmməd peyğəmbərə (s.ə.s) qalmayan dünya heç birimizə qalmayacaq. Bu gün Qədir Rüstəmovun vida mərasimində izdiham idi, xalq Qədir Rüstəmov sevgisini göstərdi. Qədir xalqa mehri-məhəbətlə xidmət göstərdi, xalq da bu münasibəti ona göstərdi. Qədir Rüstəmov cismən bizdən gen düşsə də, mənəvi olaraq hər zaman bizimlə olacaq. Allah ona qəni-qəni rəhmət etsin”.
“Belə sənətkarlar 100 ildə bir dünyaya gəlir”
Xalq artisti Mənsum İbrahimov: “Qədir Rüstəmovun ölümü xalqımız, muğamımız, musiqi sənətimiz üçün ağır itkidir. Qədir Rüstəmov kimi sənətkarlar 100 ildə bir dünyaya gəlir, belə səs hər zaman yetişmir. Onun səsi, ifası qeyri-adi idi, eləcə də xasiyyəti. Xalqımız Qədir Rüstəmovu böyük məhəbətlə sevirdi. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, Qədir Rüstəmovun səsi hər zaman bizim qəlbimizdə olacaq və yaşayacaq. Bu səs unudula bilməz. Allah onun ruhunu şad etsin, xalqımızın başı sağ olsun. Çox böyük itkidir, bütün xalqımıza başsağlığı diləyirəm”.
“Xalq çox az sayda sənətkarı belə sevir”
Xalq artisti Mələkxanım Əyyubova: “Qədir Rüstəmovun ölümü Azərbaycan incəsənətinə böyük bir itkidir. Çünki Qədir öz sözünü demiş bir sənətçi idi, Azərbaycan musiqisində öz dəsti-xətti olan bir sənətkar idi. Qədir Rüstəmov “Sona bülbüllər”ilə özünə bir çığır açımışdı. Doğurdan da, xalq az sayda sənətkarları belə sevir. Baxmayaraq ki, Qədir Rüstəmov son illərdə Bakıya gəldi, konsertlər vermirdi, ancaq xalq onu sevirdi.
Qədir Rüstəmovun ölümü sözsüz ki, məni də sənətçi kimi, vətəndaş kimi çox üzdü. Allah Qədir Rüstəmova qəni-qəni rəhmət etsin. İfaları Qədiri hər zaman yaşadacaq, necə ki, indiyə kimi xalq onu sevib. Bundan sonra da o, xalqın qəlbində hər zaman var olacaq. Bütün Azərbaycan xalqına, eləcə də ailəsinə başsağlığı diləyirəm”.

Modern.az