Modern.az

Siyavuş Novruzov: “Müxalifət küləyə, yağışa da ümid bəsləyir”

Siyavuş Novruzov: “Müxalifət küləyə, yağışa da ümid bəsləyir”

Ölkə

20 Dekabr 2011, 16:25

“Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir”. Bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov verib.

Azərbaycan müxalifətinin Rusiyadakı müxalif qüvvələrin başladığı hərəkatdan ilham alması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, yerli müxalifətin xalq arasında dayağı yoxdur: “Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir. Çünki onların xalqla bağlılıqları olmadığına görə ancaq başqa hadisələrə ümid edirlər. Azərbaycan müxalifəti vaxtilə “Narıncı inqilab”a, “Qızılgül inqilabı”na görə öz rəngini dəyişmişdi. Bir gün narıncı qalstuk bağladılar, sonra əllərinə gül aldılar. Amma bunların hamısı nəticəsiz qaldı. Çünki Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Bu adamların da xalq arasında dayağı yoxdur”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı