Modern.az

Təhsil Nazirliyindən nöqsanlara yol verən direktorlara göstəriş verilib

Təhsil Nazirliyindən nöqsanlara yol verən direktorlara göstəriş verilib

Ölkə

20 Dekabr 2011, 18:32

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61, elektron poçt ünvanı  [email protected] ) cari ilin noyabrında 2225 müraciət daxil olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki,  müraciətlərdən 1971-i telefonla, 254-ü isə elektron poçt vasitəsilə qəbul edil­ib. Müraciətlərin çoxu sorğu xarakterlidir. Daxil olan sorğular məktəbəqədər, ümumi təhsil, texniki peşə, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə müəllimlərin dərs bölgüsü, dərs yükünün həcmi, əmək haqqının hesablanması, dövlət sifarişi ilə və xaricdə dövlət proqramı çərçivəsində ali təhsil alan tələbələrin təhisil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və başqa məsələlərə aid problemləri əhatə edib. 

Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali məktəb­­lə­­rdəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 76 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Noyabr ayında  Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 6 şikayət daxil olub. Müraciətlərdə yeməklərin keyfiyyəti, uşaqların bağçaya qəbulu və bu kimi digər məsələlərə toxunulub.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilən  nöqsanlarla bağlı 63 müraciət edilib. Şikayət məzmunlu bu müraciətlərin Bakıdan 23, Mingəçevir, Gəncə və Sumqayıt şəhərlərinin hər birindən 1, Abşerondan 7, Şəkidən 4, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 3, Cəlilabad, Masallı və Xaçmaz rayonlarının hər birindən 2, Füzuli, Ordubad, Yardımlı, Hacıqabul, Saatlı, Qubadlı, Quba, Zaqatala, Xocalı, Qazax, Tovuz, Daşkəsən, Şabran və Qəbələ rayonlarının hər birindən 1 müraciət daxil olub.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

Digər 7 müraciət isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi, diplomların verilməməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin müvafiq xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi məsələləri ilə bağlı olub.

“Qaynar xətt”ə daxil olan şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib, bütün bu məsələlər vaxtında öz həllini tapıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı