Modern.az

Rəsul Quliyev: “Heydər Əliyevə yaxınlaşıb dedim ki, sizin tərəfdarlarınızdanam”

Rəsul Quliyev: “Heydər Əliyevə yaxınlaşıb dedim ki, sizin tərəfdarlarınızdanam”

Ölkə

21 Dekabr 2011, 15:12

“Bu hökümət üçün onların hakimiyyətinə təhlükə yaratmayan, ancaq öz maraqları ilə yaşamaq istəyən adamların törətdiyi istənilən cinayət heç bir əhəmiyyət kəsb etmir. Bu motivlər əsasında onlar Sürət Hüseynov və başqalarını da reablitasiya etdilər. Mütəllibova qarşı belə kəskin mövqeyin tutulması onun törətdiyi hansısa bir cinayətlə əlaqədar deyildi, baxmayaraq ki, həqiqətən Mütəllibovun vəzifə məsuliyyətsizliyindən Dağlıq Qarabağda bir çox hadisələr baş vermişdi. Mütəlibovun əsas günahı Heydər Əliyevi əvvəl Azərbaycana, sonra Bakıya buraxmamaq cəhdləri idi”.
Modern.az-ın məlumatına görə, bu sözləri “Yüksəliş naminə” qəzetinə müsahibəsində Azərbaycan Milli Məclisinin keçmiş sədri, ABŞ-da siyasi mühacir olan Rəsul Quliyev eks-prezidentlər haqqında qanunun A.Mütəlibova şamil edilməsini şərh edərkən deyib.

Eks-spiker 1991-ci ildə mərhum prezident Heydər Əliyevə parlamentin foyesində süi-qəsd cəhdinin olduğunu açıqlayıb.
“1991-ci ildə Heydər Əliyevi parlamentin iclasına buraxmamaq üçün hacı Veysəl, “Qardaşlıq cəmiyyəti” onu silahla hədələmişdilər. Bu hadisələrin hər ikisinin həm şahidi, həm də iştirakçısı olmuşam. 1991-ci ilin deyəsən fevralında H.Əliyev parlamentdə güc- bəla ilə söz alıb çıxış edəndən sonra fasilə elan edildi. Hamı foyedə ondan uzaq gəzir, yaxınlaşmağa qorxurdu. Birdən  “Hacı, lazım deyil, parlamentdə bunu etmək olmaz” sözlərini eşitdim..”.
R.Quliyevin sözlərinə görə, balacaboy bir kişinin belinə bağladığı qoburadan tapançanı çıxartmaq və hay-küy salmaq istəməsinin şahidi olub. Eks-spiker deyib ki, Heydər Əliyevə hücum cəhdini anlayaraq tez ona yaxınlaşıb və özünü təqdim edib.
“Heydər Əliyeviç, mən Rəsul Quliyevəm, ola bilər siz məni sifətdən xatırlamırsınız, ancaq sizin tərəfdarlarınzdanam, siz narahat olmayın, kimlərsə sizi hədələyir, ancaq biz ona imkan vermərik”-deyə o, bildirib.
“Mənim Heydər Əliyevə yaxınlaşmağımı görən bütün direktorlar korpusu, hardasa 10 -12 nəfər hamısı ona yaxınlaşdı və sonradan yaxınlaşanların sayı artmağa başladı. Bu o demək deyil ki, mən baş verəcək teraktın qarşısını aldım. Çünki hacı Veysəlin özünü qoçu Əsgər kimi özünü aparması əsas verirdi ki, o şou göstərir”-deyə R.Quliyev vurğulayıb.

Eks-spiker qeyd edib ki, Ayza Mütəllibov H.Əliyevin evini əlindən alaraq Həsən Həsənova veribmiş: “Mütəllibov hakimiyyət üçün heç vaxt təhlükəli olmayıb. İlk dəfədən seçkiləri total saxtalaşdıran, xüsusilə 1991-ci il mart referendumu təşkil edib, səsverməyə gedən 15 faiz insanın sayını saxtakarlıqla 90 faiz edən, Sovetə “hə” deyənlərin sayını isə saxtakarlıqla 80 faiz edən Mütəlibov deyildimi? Belə bir əqidəli adam Azərbaycanda demokratik seçkilərin keçrilməsi üçün hökümətə təhlükə yarada bilərdimi? Əsla yox”.

R. Quliyev bildirib ki, A.Mütəllibov üçün nə qədər istəyirsən haqlı cinayət işi açmaq mümkün idi. “Elə həmin seckilər və referendumun saxtalaşdırılması ən ağır cinayət sayılır. Mənim ücün heç bir sənəd sübut-dəlil olmadan, sovet dövründə baş vermiş hansısa işə görə, özümün və heç kimin xəbəri olmadığı cinayət işi açıblar. Məni Azərbaycana buraxmırlar”.
Eks-spiker bildirib ki, əgər onunla bağlı hakimiyyətin  problemi yoxdursa, ölkəyə buraxsınlar və seçkilərədə iştirak etməyə də şərait yaratsınlar.  

Elan etdiyi Müqavmət Hərəkatının strukturu barədə danışan eks-spiker deyib ki, bu, beynəlxalq təşkilat olacaq.
”Hadisələr Azərbaycanda cərəyan edəcəyinə görə, ən böyük büro ölkədə yaranacaq. Strukturu  çox asan idarə olunan və dəmir nizam-intizamlı olacaq. Azərbaycan bürosunun hansı şəkildə olması barədə məndə fikir formalaşıb, ancaq bu barədə açıqlama hərəkatı potensial dəstəkləyə biləcək insanlarla geniş müzakirə edəndən sonra veriləcək. Hər halda təşkilatlanma prosesi yanvarın ortalarından o tərəfə keçməyəcək”-deyə R.Quliyev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı