Modern.az

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 4-cü qalib seçilib

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 4-cü qalib seçilib

Ölkə

24 Dekabr 2011, 11:43

“Eurovision-2012” mahnı yarışması üçün Milli Seçim turunun 4-cü həftəsi də yekunlaşıb. Milli seçim turlarının 4-cü həftəsində Azərbaycanı 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti 9 nəfər 5 gün müddətində İctimai Televiziyanın canlı efirində ifa və performanslarını təqdim ediblər.
Qaydalara uyğun olaraq münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 4-cü həftənin qalibi seçilib.Tamaşaçılar və münsiflərin səsverməsi nəticəsində Fəqan Səfərov qalub seçilib.

Modern.az-ın məlumatına görə, səsvermənin nəticəsi aşağıdakı kimi olub:

Fəqan Səfərov
Nadejda Mikayılova
Nigar Babayeva
“Empathy” qrupu
Kamran Əzizov
Emin Həsən
Orxan Nəsibov
Renat Aslanov

İştirakçılardan Rəna İmaməliyeva yarışmanı yarımçıq tərk edib, sona qaədər mübarizə aparmayıb.

Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision ”Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.

Beləliklə artıq 4 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bunlar Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə və Fəqan Səfərovdur. Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı