Azərbaycanla Türkiyə arasında bütün sahələrdə münasibətlər qardaşlıq səviyyəsində olmasına baxmayaraq iki ölkə arasında hələ də viza rejimi ləğv edilməyib. Baxmayaraq ki, artıq Türkiyə bir sıra Avropa ölkələri ilə viza sistemini ləğv edib.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat katibi Elman Abdullayev bu məsələnin hər zaman ekspertlər səviyyəsində müzakirə olunduğunu bildirib. O həmçinin qeyd edib ki, iki dost ölkə arasında viza rejiminin nə vaxt ləğv olunacağı ilə bağlı dəqiq məlumata malik deyil.
Modern.az